"Çempionlar Liqasında çıxış etmək hüququ qazanmalıyıq" - MÜSAHİDƏ
Premyer Liqanın yeni mövsümünə iddialı hazırlaşan Bakının "İnter" klubu mövsümlərarası fasilədə heyətinə yeni oyunçular da cəlb edir. Paytaxt klubunun son transferlərindən biri Avstriyanın "Mattersburq" klubunun müdafiəçisi slovakiyalı Peter Krappan oldu. 26 yaşlı futbolçu 2006-ci ildən legioner həyatı yaşayır. 2006-2009-cu illərdə Avstriyanın "Ştadlau", 2009-2011-ci illərdə isə "Mattersburq" klublarının formasını geyinib. Karyerasının yüksəliş dönəmi "Mattersburq"un heyətində çıxış etdiyi illərə təsadüf edən slovakiyalı, bu klubun forması ilə 56 dəfə meydana çıxıb, 1 qol vurub, 18 dəfə sarı, 1 dəfə isə qırmızı vərəqə ilə cəzalandırılıb.
Peter Krappanı sizlərə daha yaxından tanıtmaq və onun fikirlərini öyrənmək üçün futbolçu ilə söhbətləşmək qərarına gəldik.
- "İnter"lə müqavilə bağlamamışdan öncə Azərbaycan klubları, futbolçuları, ümumiyyətlə Azərbaycan futbolu haqqında hər hansı məlumatın var idimi?
- Bizim ölkələrimiz Dünya və Avropa çempionatlarının seçmə mərhələlərində dəfələrlə qarşılaşıblar. Həmçinin Çempionlar Liqasının və Avroliqanın təsnifat mərhələlərində də bir neçə dəfə klublarımız bir-biri ilə mübarizə aparıblar. Mən bütün bu oyunları izləyirdim və Azərbaycan futbolu haqqında kifayət qədər məlumatlı olduğunu hesab edirəm. Mənim Azərbaycan klublarının şərəfini qoruyan bir neçə dostlarım olub. Onlarla danışanda da Azərbaycan futbolundan söhbət edirdik.
- Peter, sən Avstriyada məşhur klubların şərəfini qorumusan. "İnter" isə sənin üçün yeni, fərqli klubdur. Bu komanda haqqında düşüncələrin nədir?
- "İnter" mənim daha öncə çıxış etdiyim klublara nisbətən çox gənc komanda olsa da, burada futbolçular üçün hər bir şərait yaradılıb. Bir neçə ilə çox böyük irəliləyiş əldə edə biliblər. "İnter" peşəkar klubdur. Mən bu komanda ilə müqavilə bağlayarkən bütün bu amilləri nəzərə almışam. "İnter"in çox səviyyəli, texnikalı, güclü futbolçuları var. Klubun çox peşəkar məşqçilər heyəti var və ümid edirəm ki, komanda bu il qarşısına qoyduğu məqsədlərə çatacaq.
- "İnter" Azərbaycanın iddialı klublarındandır. "İnter"də qarşınızda duran ilk məqsəd nədir?
- İlk öncə ölkə çempionatında uğurlu nəticə əldə edib Avroliqada və ya Çempionlar Liqasında çıxış etmək hüququ qazanmalıyıq. İnanıram ki, klubumla birlikdə uğurlu bir müvsüm keçirəcəyik.
- "İnter"lə bir illik müqavilə bağlamısan. Gələcəkdə bu müqavilənin uzadılması mümkündürmü?
- Gələcəkdə müqavilənin müddətinin uzadılması komandada keçirəcəyim mövsümdən asılıdır. Uğurlu bir mövsüm keçirsək və klub müqavilənin müddətini uzatmağı təklif etsə, yəqin ki, bir müddət daha "İnter"in şərəfini qoruyaram.
- "İnter"in çempionluq şanslarını necə dəyərləndirirsən?
- "İnter" çempionluğa oynayan komandadır. Bildiyimə görə, bundan öncəki mövsümlərdə də bu komanda çempionluğa ən real namizədlərdən olub. Bizim hazırda güclü heyətimiz var. Uğurlu nəticə əldə etmək üçün əlimizdən gələni edəcəyik.
- "İnter"in fanatlarına və Azərbaycan futbolsevərlərinə nə demək istərdin?
- Azərbaycanda futbol inkişaf etməkdədir. Futbol oynamaq üçün ölkənizdə hər bir şərait var. İnanıram ki, ölkəniz beynəlxalq arenada da uğurlar qazanacaq. "İner"in fanatlarına isə demək istərdim ki, həmişə komandalarını dəstəkləsinlər.
pfl.az
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |