Rəşad Sadıqov: Diniyev və zədə olmasaydı...
Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov yubileyini qeyd edib. Stadium.az xəbər verir ki, "Qarabağ"ın 29 yaşlı müdafiəçisi millimizdə 70-ci oyununu keçirib.
Rəşadın karyerasındakı əlamətdar hadisə "Dalğa Arena"da keçirdiyimiz ilk oyunda reallaşdı. Ancaq Sadıqov Makedoniya yığması ilə həmin yoldaşlıq görüşündə məğlubiyyətə üzüldü - 0:1.
Rəşadın uzun illərdir kapitanı olduğu millimizdə 10 il əvvəl forma geyinib. O, 2001-ci ilin oktyabrın 7-də İsveç yığmasına Stokholmda böyük hesabla uduzduğumuz (0:3) DÇ-2002-in seçmə mərhələ oyununda siftə edib. Həmin vaxt yığmamızın baş məşqçisi olan İqor Ponomaryov U-19 və U-21-də oynayan 19 yaşlı futbolçuya şans verdi.
Sadıqov milli komandamızda oyunların sayına görə 4-dür. Onu qabaqlayan Mahmud Qurbanovla (76) Tərlan Əhmədov (75) oyun saylarını artıra bilməyəcəklər. 38 yaşlı Qurbanov karyerasının son illərini keçirir və artıq xeyli vaxtdır çağırılmadığı millimizə qayıdacağı real deyil. Ondan 2 yaş böyük olan millimizin sabiq kapitanı Əhmədov isə artıq 2 ildir futbolçu karyerasını bitirərək, məşqçilik edir.
Millimizdə oyuna görə (80) lider olan Aslan Kərimov da 1973-cü il təvəllüdlüdür və Berti Foqtsun baş məşqçi postuna gəlişinə kimi yığma karyerasını bitirib. O, ötən mövsüm bitəndən sonra məşqçilik karyerasına başlayıb.
Sadıqovun yaşını, oyun səviyyəsini, liderlik keyfiyyətlərini nəzərə alsaq, hələ millidə çox oynayacaq və 1-2 ilə Kərimova çataraq, yeni rekordçu olması realdır. Əslində, artıq indi oyun sayına görə lider ola bilərdi. Sadəcə, Rəşad bir müddət zədə problemi üzündən oynaya bilmədisə, Şahin Diniyevin Avro-2008-də baş məşqçiliyi dövründə 15 ay millidən kənarlaşdırıldı. Sadıqov Diniyevi baş məşqçi postunda əvəzləyən makedoniyalı Qyoko Hacıyevskinin dövründə yığmaya qaytarıldı.
Yığmada 4 qol vuran Rəşad bunun yarısını Türkiyə ilə oyunlarda reallaşdırıb. İlk qol elə Diniyevin vaxtında 1:1 hesabı ilə nəticələnən yoldaşlıq görüşündə olub ki, onda müdafiəçi penaltidən hesabı açmışdı. Sadıqov "ay-ulduzlular" üzərində yeganə qələbəmizin (1:0) də memarı olub. Onun digər 2 qolundan biri də yoxlama, digəri rəsmi görüşdə gerçəkləşib. Sadıqov braziliyalı mütəxəssis Karlos Alberto Torresin dövründə Qazaxıstanla səfərdəki yoldaşlıq (3:2), Uelslə evdə Avro-2004-ün seçmə mərhələ oyununda (1:0) cərimə zərbəsindən yığmamıza qələbə qazandırıb.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |