"Xəzər Lənkəran"la oyun qabağı AZAL-da ciddi itkilər
AZAL klubunun mətbuat xidmətinin rəhbəri Eldəniz Yusifov verdiyi açıqlamada komandanın həftəsonu "Xəzər Lənkəran"la keçirəcəyi oyun haqda fikirlərini bildirib.
Stadium.az xəbər verir ki, klub rəsmisi ilk öncə komanda olan itkilərdən gileylənib: "Usim Nduka, Aqil Nəbiyev və Robert Petrov zədəlidir. Viktor İqbekoyi isə ötən tur "Simurq"la oyunda qırmızı vərəqə aldığı üçün növbəti oyuna çıxa bilməyəcək. Bu oyunçuların yoxluğunda "Xəzər Lənkəran"la oyun bir qədər çətin keçəcək".
Daha sonra isə o, komandanın "Xəzər Lənkəran"la oyuna yalnız qələbə üçün çıxacağını bildirib: "Statistikada "Xəzər Lənkəran"ın aşkar üstünlüyü olsa da, biz bunu öz xeyrimizə dəyişəcəyik. Bizim klubumuz "Xəzər Lənkəran"la keçirilən oyunların əksəriyyətində formalaşma mərhələsində idi. Klubun adı da onda başqa idi.
Lakin ötən mövsümdən etibarən biz qarşımıza konkret məqsədlər qoymuşuq və "Xəzər Lənkəran" üzərində də ötən mövsüm bir dəfə qələbə qazanmışıq. AZAL-ın heyətində bir çox təcrübəli, güclü futbolçu var. Biz hər oyuna qələbə qazanmaq üçün çıxırıq. Başlıca hədəfimiz isə çempionluqdur. Ən azı 2-ci, 3-cü pilləni tutaraq avrokuboklarda iştirak etməyi qarşımıza məqsəd qoymuşuq".
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |