UEFA-nın rəsmi saytı Azərbaycan millisindən yazdı
17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının İsveçrədə keçirdiyi 1 həftəlik təlim-məşq toplanışı barədə uefa.com saytında yazı yerləşdirilib. Stadsium.az saytı həmin yazını diqqətnizə çatdırır:
16 yaşadək qızlardan ibarət Azərbaycan yığması 1 həftəlik qəbul çərçivəsində İsveçrədə keçirdiyi səmərəli təlim-məşq toplanışı ilə əlaqədar UEFA-ya minnətdarlığını bildirib.2012-ci il 22 sentyabr - 13 oktyabr aralığında 17 yaşadək qızlardan ibarət komandalar arasında dünya çempionatını qəbul edəcək komanda UEFA-nın Nyondakı mənzil-qərargahı ilə üzbəüz yerləşən Futbol Ustalığının Artırılması Mərkəzində düşərgə qurmuşdu.Komanda məşq edib, UEFA-dan olan mütəxəssislərlə görüşüb və iki yoldaşlıq oyunu keçirib - çərşənbə günü «Voud» komandası ilə (1:2), cümə günü isə İsveçrənin müvafiq yaş qrupundan ibarət yığmasına qarşı (0:2). Son bir neçə ay ərzində əzmlə hazırlıq keçən və Almaniyada təlim-məşq toplanışında olan, iyulda Gürcüstan yığmasına iki yoldaşlıq görüşündə qalib gələn, Moldova yığması ilə oyunlarda isə bir qələbəyə imza atıb, bir dəfə heç-heçə edən komanda üçün bu nəticələrilayiqli saymaq olar.Azərbaycan yığmasının məşqçisi, futbolçu kimi 1989 və 1991-ci illərdə qadınlar arasında Avropa çempionu olan, sonralar isə «Bavariya»nın qadın, «Exinqom»un isə kişilərdən ibarət komandasına rəhbərlik etmiş almaniyalı Sissi Raytdır. UEFA.com-a müsahibəsində o, deyib: «Bizim üçün burada peşəkar şəraitdə məşq etmək üçün əla imkan yaranıb. Rahat mehmanxanada qalırıq və UEFA-nın fəaliyyətini daxildən izləmək imkanımız var. Bunları görmək hər futbolçuya nəsib olmur. Bizi mehribancasına qarşıladılar. Bir neçə yoldaşlıq oyunu keçirdik».İsveçrə yığmasının baş məşqçisi Beatriçe fon Zibental əlavə edib: «Başqa vaxt çətin ki, qarşılaşacağımız bir rəqiblə oynamaq bizim üçün çox maraqlı idi. Yaxşı oyun alındı. Sona qədər bərabər mübarizə getdi».Bu oyunu UEFA-nın baş katibi Gianni İnfantino, AFFA-nın baş katibi Elxan Məmmədov, İsveçrə Futbol Assosiasiyasında eyni vəzifəni daşıyan Aleks Mişer və UEFA İcraiyyə Komitəsinin üzvü, UEFA-nın Qadın Futbolu Komitəsinin sədri Karen Espelund da (şəkildə) izləyiblər.«Son bir neçə il ərzində xeyli inkişaf edərək, FİFA-dan 17 yaşadək qızlardan ibarət komandalar arasında dünya çempionatının ev sahibliyi hüququnu almış Azərbaycanın uğurlarını görmək son dərəcə xoşdur» - deyə, Espelund bildirib.«Dünya çempionatını özünəməxsus platforma kimi istifadə edərək, «Kolovre»də olduğu müddətdə Azərbaycan yığmasının İsveçrə Futbol Assosiasiyası ilə daha fəal əməkdaşlıq etməsi, təcrübə mübadiləsi aparması və öyrənməsi üçün UEFA Azərbaycan tərəfi ilə daha sıx əməkdaşlıq edə bilər», - deyə, Espelund əlavə edib: «Bu zaman hamı müşahidə edəcək ki, o qədər də böyük olmayan ölkələr belə, qadınlar arasında irihəcmli turnirləri keçirilməyi və təcrübə toplamağı bacarır. Mən inanıram ki, bu, Azərbaycan futbolunun uzunmüddətli perspektivinə təsirini göstərəcək».
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |