"Bakı" daha iki futbolçu transfer edir
"Bakı"nın vitse-prezidenti Zeynal Məmmədov klubun rəsmi saytına müsahibə verib. Stadium.az xəbər verir ki, klub rəsmisi geridə qalan 2 tur və qarşıdakı "İnter"lə oyun haqda danışıb: "Çempionat hələ yeni başlayıb. İki tur arxada qalsa da, komanda gözlədiyimiz oyunu sərgiləyə bilmədi. Lakin həvəsdən düşmək olmaz. Bu hələ çempionatın başlanğıcıdır. "Qəbələ" ilə oyunda qeydə alınan heç-heçəni hardasa qəbul etmək olarsa, "Simurq"a qalib gəlməli idik. Ancaq təssüf ki, komandanın oyunu alınmadı. Bunu futbolçular da təsdiqləyir. Artıq növbəti görüşlərə hazırlaşmalıyıq. Qarşıda bizi "İnter"lə çətin sınaq gözləyir. Ümid edirəm ki, növbəti turlarda komanda öz oyununu tapacaq. Bildiyiniz kimi, komandada yeni kollektiv var. Ona görə də, rəhbərlik olaraq komandanın işinə müdaxilə etmək istəmirik. Məmmədov eyni zamanda komandanın transfer siyasətinə də münasibət bildirib: "Avqustun 31-nə kimi daha bir neçə transfer etməyi planlaşdırırıq. Alacağımız iki futbolçu isə yarımmüdafiə mövqeyinə olacaq. Çünki bu mövqedə boşluqlar hiss olunur. Əgər komanda qol buraxmırsa, deməli müdafiə qaydasındadır. Əsas problem hücum xəttindədir. Məhz yarımmüdafiəçilər hücumçuları topla təmin etməlidirlər ki, onlar da qolunu vursunlar. Yeni transferlərimiz də legioner olacaq. Çünki bu mövqeyə yerli futbolçu görmürük. "Simurq"la oyundan sonra çoxları "Bakı"nın bu mövsüm uğur qazanacağına şübhə ilə yanaşır. |
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |