Mirbağır İsayev: "Legionersiz oynamaq istədiyimizə görə komandanı dağıtdılar"
Ötən mövsüm birinci divizionda fırtına kimi əsən "Abşeron" çempionatın sonunda məğlubedilməz komanda kimi yüksək liqaya vəsiqə qazandı. Stadium.az xəbər verir ki, bu komandanın uğurunda təbii ki, baş məşqçisi Mirbağır İsayevin də danılmaz zəhməti var idi. Hər zaman açıqlamalarında: "Premyer Liqada oynasaq da, legioner oynatmayacağam ancaq yerlilərlə mübarizə aparacağıq"- deyən İsayevin bu planlarını alt-üzt etdilər. Yeni mövsümün startına az qalmış, "Abşeron" dağıldı.
Komanda dağıldıqdan sonra futbolçulardan əksəriyyət özünə iş yeri tapdı. Ancaq Mirbağır İsayev hələ də işsizdir. Mirbağır bəyin hazırda nə işlə məşğul olduğunu öyrənmək üçün onun özü ilə əlaqə saxladıq. Yerli mütəxəsiss iş təklifi gələcəyi təqdirdə dəyərləndirə biləcəyini dedi: "Hələ ki, evdəyəm. İş təklifi gələrsə, dəyərləndirmək mümkündür. Ancaq hazırda belə bir dəvət yoxdur. Gedib kiiməsə yalvarısı deyiləmki. Nə vaxt çağırsalar, onda gedib danışıq apararam".
Ötən mövsümü "Abşeron"un heyətində top qovan futbolçuların əksəriyyəti gənclər idi. Komanda dağıldıqdan sonra onların çoxu "Sumqayıt Şəhər"ə yollandı. Dünən isə iki futbolçu "Xəzər Lənkəran"la müqavilə imzaladı. Mirbağır bəy, bu məsələyə də münasibət bildirdi: "Bəli, bu barədə məlumatım var. Həmin uşaqlar indi oynamalıdırlar. Məşqçilər də onlara inanmalıdırlar. Özü də futbolçuları məğlubiyyətə öyrəşdirmək lazım deyil. Uşaqları meydançaya buraxırsansa, onları qələbəyə, maksimum xala öyrəşdirmək lazımdır. Ötən mövsüm mənim başçılığım altında oynayan uşaqların çoxu indi "Sumqayıt Şəhər"dədir. Oyunlarına baxmamışam. Bircə onu deyə bilərəm ki, həmin uşaqlara inanmaq və şans vermək lazımdır".
Sonda isə Mirbağır İsayev "Abşeron"un dağılması haqda danışarkən, bu klubun əksər insanlara sərf etmədiyindən dağıdıldığını dedi: "Hər şey gül kimi qurulmuşdu. İnanın, komanda birinci divizionda necə oynayırdısa, Premyer Liqada da layiqli mübarizə aparmağa gücümüz çatardi. Ancaq "Abşeron" çoxlarına sərf etmədi. O komanda bilə-bilə dağıdıldı. Hamısı gənc futbolçular idi. Bir neçə ildən sonra məhz onlar göz önündə olacaqdılar. Bir neçə ildən sonra əla nəticələr verəcəyimizə də inanırdım. Amma qoymadılar, oynamağa imkan vermədilər. Çünki çoxlarına sərf etmədi.
"Abşeron"u həm öz içindəki bəzi adamlar, həm də kənar qüvvələr dağıtdı. Mənə elə gəlir ki, komandanı dağıtmalarının bəzi səbəbləri. Ən başlıcası Premyer Liqada legionersiz oynamaq istədiyimizə görə komandanı dağıtdılar. Ancaq olan oldu, keçən keçdi. "Abşeron" artıq yoxdur. O komandanı necə dağıtdılar, bir həmin dağıdanlar, bir də Allah bilir. Ancaq yaddan çıxartmaq lazım deyil ki, Allah açan qapını, heç bir bəndə bağlaya bilməz"
rnrnrnrn
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |