Qurban Qurbanov: "Mən bu azarkeşlər qarşısında məğlub olmaq istəmirəm"
Avroliqanın qrup mərhələsinin son turunda Bakıda "İnter"lə qarşılaşacaq "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirib. Stadium.Az xəbər verir ki, oyunla bağlı danışan mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:
- Meydançayla bağlı problem oldu və buna görə proqramımızda dəyişiklik etdik. Buna görə də, komanda stadiona gələcək və məşq etməyəcəklər. Sadəcə gəlib meydanla tanış olacaqlar. Bu, ilin – Avroliqada qrupun son oyunudur. Nə qədər məsuliyyətli olmalı olacağımızı bilirik. Həm məşqçilər korpusu, həm də futbolçular. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Çox istəyirəm ki, azarkeşlər stadiondan razı getsin. Heç istəmirəm burada məğlub olaq. Onlarda məşqçi dəyişikliyindən sonra heyətdə də ciddi dəyişikliklər olub. Son iki oyunlarında fərqli sistemdə oynayırlar. Bu da bizə problem yaradır. Düşünürəm ki, özümüz öz oyunumuzu oynasaq, bizə daha yaxşı olacaq. Bütün çətinlikləri bilirik, amma qələbə üçün əlimizdən gələni edəcəyik.
- “İnter”ə qarşı Bədaviylə Reynaldo oynayacaq?
- Daha əvvəl də demişdim, Reynaldo oynamayacaq. Bədavi isə son məşqə çıxıb. Meydana çıxıb çıxmayacağı isə oyun saatında məlum olacaq. Buna da həkimlər qərar verəcək.
- “İnter” Bakıya ikinci heyətlə gəlib. Bu amil sizi nə qədər razı salır?
- Bu barədə çox söz söhbətlər gəzir. Amma bu məqam bizi razı salmır. Çünki bu futbolçular özlərini baş məşqçiyə göstərmək üçün əllərindən gələni edəcəklər. Yeni futbolçulara qarşı necə oynamaq lazım olduğun bilmirik. Amma “İnter”in əsas futbolçularına qarşı necə çıxış etmək lazım olduğun yaxşı bilirik. Məncə “İnter” kimi komandada birinci və ya ikinci heyət anlayışı yoxdu.
- Demək olar ki, “Qarabağ” “İnter”ə qarşı Avroliqada ən vacib oyuna çıxır?
- Daha əvvəl ən vacib oyun “Tvente” sayılırdı. Çünki həmin oyunda Avroliqaya vəsiqəni təmin etmişik. İndi isə qrupdan çıxmaq üçün vacib oyuna çıxırıq. Hardasa bununla razıyam.
- “Qarabağ” qrupdan çıxsa, sizdən Avroliqanın qalibi olmaq istəniləcək. Buna hazırsız?
- Biz qrupdan çıxaq, qoy, təki məndən bunu istəsinlər.
- Evdə qələbəyə həsrət qalmışıq, bunu “İnter”lə oyunda görə biləcəyik?
- Bunu deyə bilmərəm, bizə bərabərlik də bəs edə bilər. Biz rəqibin kimliyindən aslı olmayaraq meydana ancaq qələbə üçün çıxırıq. Bilmirəm bu bizdə nə dərəcədə alınır, amma nəzərə alaq ki, rəqiblərimizin heç biri sıradan komanda deyillər. Onların hamısı yaxşı mənada bizi qabaqlayırlar. Amma bəzən bərabərlik bizə qələbə kimi bir nəticə olur. Məsələn “Sent Etyen” və “Tvente”ylə səfər oyunlarında olduğu kimi. Mən tam səmimi deyirəm, bu azarkeşlər qarşısında məğlub olmaq istəmirəm. Komandam əlindən gələni edəcək ki, meydandan sərfəli nəticəylə ayrılaq.
- “İnter” baş məşqçi dəyişikliyindən sonra 3 yox, indi 4 müdafiəçiylə oynayır. Bu, sizə çətinlik yaratmayacaq?
- Ola bilər ki, başqa variantlardan istifadə edək. “İnter” indi daha sürətli futbol oynamağa çalışır. Daha çox pressinq edirlər.
- “Sent Etyen”lə oyunda Almeyda çox top itirmişdi və bildirmişdi ki, yeni mövqedə oynayır, buna uyğunlaşmağa çalışır. Siz ona bu dəfə harda oynamağı tapşırmısız?
- Bu mövqedə də oynamaq Almeyda üçün çətin olmamalıdır. Çünki əvvəl də burda çıxış edib. Almeyda elə bir futbolçudur ki, heç nədən çəkinmir, top itkisindən qorxmur. Bəzi rəqiblər birəbir, bəziləri isə başqa cür çıxış edirlər.
- Demək olar ki, bir qulağınız Ukraynada olacaq?
- Yox, ikisi də burda olacaq. Ola bilər ki, oyunun sonlarına yaxın məlumat alaq. Yəqin ki, kimsə məlumat verəcək.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |