"Sumqayıt"da 3 yubiley
Topaz Premyer Liqasının 16-cı turunun “Neftçi” ilə qarşılaşması “Sumqayıt” üçün 3 yubileylə əlamətdar olub. Stadium.Az xəbər verir ki, 2013-cü ilin yayından klubu çalışdıran Aqil Məmmədov “Gənclik şəhəri” təmsilçisini 50-ci çempionat matçına çıxarıb. Bu müddətdə Premyer Liqada 9 qələbə qazanıb, 12 heç-heçə edən sumqayıtlılar 29-cu məğlubiyyətini “Neftçi”dən alıb – 2:3. Bu matçlarda top fərqi 41-84-dür.
Paytaxt təmsilçisinin qapısına vurulan 2-ci qol “Sumqayt”ın Premyer Liqada 100-cü sevinci olub. Buna 114-cü matçında nail olan klubun tarixi qolunu Orxan Əliyev vurub. Texniki nəticələr nəzərə alınmamaqla, “Sumqayıt” 100-cü qolunu 4-cü mövsümündə vurub: 2011/12 – 27, 2012/13 – 31, 2013/14 – 27, 2014/15 – 15.
“Sumqayıt”ın 100 qolunu vuranlardan üçü 10-dan artıq topun müəllifidir: Pərdis Fərcad-Azad – 15, Orxan Əliyev – 14, Məhəmməd Qurbanov – 11.
Qollarının yarısını evdə, yarısını səfərdə vuran sumqayıtlıların “Neftçi” ilə görüşdəki son, ümumilikdə 100-cü qolu səfərdəki 50-ci top olub. “Sumqayıt” evdə də eyni sayda qolun sevincini yaşayıb. “Sumqayıt”ın səfər qolları mövsümlər üzrə: 2011/12 – 14, 2012/13 – 11, 2013/14 – 14, 2014/15 – 11.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |