"Neftçi" rəsmisi açıqladı: Xalq komandası kimdi?
"Bu gün "Neftçi" deyəndə "xalq komandası" yada düşürsə, "Qarabağ" adı insanlar üçün böyük motivasiyadır. "Qarabağ" klubu hər hansı uğura imza atdıqda, bu, Azərbaycan həqiqətlərinin Avropaya, dünyaya çatdırılmasında böyük rol oynayır və ən gözəl təbliğat vasitəsidir".
Stadium.Az xəbər verir ki, bu sözləri "Neftçi"nin vitse-prezidenti Elnur Məmmədov Report.az-a açıqlamasında deyib. Klub rəsmisi daxili çempionat oyunlarında deyil, avrokubok matçlarında daha çox azarkeşin stadiona gəlməsinə diqqət çəkib: "Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, azarkeşlər yerli yox, avrokubok səviyyəli oyunlarda daha çox olurlar. Götürək sonuncu "Qarabağ" - "Neftçi" oyununu. Biz də Avropada oynamışıq, "Qarabağ"ın da oyunlarında 32 minlik Tofiq Bəhramov adına Respublika stadionu azarkeşlə dolu olur. Ancaq çempionluğa oynayan bu iki komandanın bir-biri ilə qarşılaşmasında təxminən 2000 azarkeş olur. Bunun səbəbi nədir? Biz bu suala cavab verə bilsək, bütün məsələləri həll edərik".
E.Məmmədov "Neftçi"nin deyil, "Qarabağ"ın xalq komandası adlandırılmasına isə belə reaksiya verib: "Mən belə fikirlərlə o vaxt razılaşaram ki, hər hansı klubumuzun yerli komanda ilə oyununda stadion tamamilə dolu olsun. Əgər iki sektor yarımçıq dolursa, bu faktlar onun əksini göstərir. İndiki halda hətta I divizion klubunun oyununa daha çox azarkeş gəlir. Məsələn, mən "Ağsu" komandasının oyununda olmuşdum və stadion azarkeşlə dolu idi".
"Neftçi" rəsmisi bildirib ki, oyunların televiziya vasitəsilə yayımlanması yerli çempionatda azarkeşlərin stadionda gəlməməsinə səbəb olur. O, stadiona azarkeş cəlb etməyin asan olduğunu vurğulasa da, həmin azarkeşləri stadionda saxlamağın və veteran ailələri tribunalara cəlb etməyin vacibliyini dilə gətirib: "İnsanlar işləyir və həftədə bir neçə saat boş vaxt tapırsa, çalışır ki, daha yaxşı əmtəə əldə etsin. İndi televiziyalarda bir neçə oyun göstərilir. Bu səbəbdən, televiziya qarşısında oyun izləmək insanların işinə yarayır. Futbol üçün darıxan adam Almaniya Bundesliqası, İspaniya La Liqası və ingiltərə Premyer Liqasına baxaraq öz maraq ehtiyacını ödəyəcək. Bizdə isə stadiona həmin klubla ürəyi döyünən insanlar gəlir. Biz stadionlara veteranları, ailələri cəlb etmək istəyirik. Elə bir şərait olmalıdır ki, hər bir insan stadiona gəlib, oyun izləyə bilsin. 1980-ci illərdə "Neftçi"nin oyunlarında stadion tamamilə dolurdu. Televiziya qarşısında və sosial şəbəkələrdə gedən müzakirələrə baxdıqda görünür ki, insanlar futbolu çox sevirlər. Azərbaycanda sosial şəbəkələrdə olan istifadəçilərin 60%-dən çoxu futbolla maraqlanır. Bu da böyük göstəricidir. Ona görə də biz həmin o insanları stadiona gətirməliyik. Ancaq oyundan əlavə maraqlı işlər də görülməlidir. Azarkeşi stadiona cəlb etmək asandır, amma onları saxlamaq lazımdır. Bununla bağlı da işlər görülür, lakin indi açıqlamaq istəmirik. Fasilədən sonrakı oyunlarda azarkeşlər bunun şahidi olacaq".
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |