Tahir Gözəl UEFA rəsmisiylə görüşdü
"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəlin UEFA-nın yarışlar üzrə direktoru Corcio Marçetti ilə görüşü baş tutub. Stadium.az xəbər verir ki, görüş İsveçrənin Nyon şəhərində keçirilib.
Klubun rəsmi saytının məlumatına görə, Marçetti Tahir Gözəli olduqca səmimi qarşılayıb. Görüş bir saat davam edib. Tahir bəy UEFA məmuruna "Qarabağ" haqqında məlumat verib. "Qarabağ" komandasının Azərbaycanın eyniadlı bölgəsinin təmsil etdiyini vurğulayıb və reallıqlar haqqında geniş danışıb. "Qarabağ"ın bütün Azərbaycan üçün özəl anlayış olduğunu, klubun 1 milyon məcburi köçkünü təmsil etdiyini, onların ümid işığı, təsəllisi olduğunu ifadə edib.
Tahir bəy ardınca "Qarabağ"ın çıxışından danışıb. Ölkə miqyasında qazanılan uğurun qlobal anlamda necə vacib olduğunu vurğulayıb. Vitse-prezident İtaliya "İnter" ilə son oyunda baş verən məlum olaya toxunub. Haqsızlığın sadəcə bir futbol komandasının uğursuzluğa düçar olunması deyil, milyonlarla insanın üzüntüsü, haqqlarının tapdalanması kimi dəyərləndirib. UEFA-nın məsələylə bağlı ən doğru qərar çıxaracağına əminliyini bildirib.
Marçetti isə öz növbəsində məsələyə UEFA-nın müfaviq qurumlarının iclasında baxılacağını bildirib. O, olayla bağlı səlahiyyətli qurumların fevralın 5-də ən doğru qərar çıxaracağını ifadə edib. Baş vermiş epizodla bağlı daha dəqiq rəyin müfaviq qurumların dəyərləndirəcəyini söyləyib. Hakimin xətası təsdiqləndiyi halda ən ədalətli qərarla cəzalanacağına əminliyini ifadə edib. Hakimlərin fəaliyyətinə daim UEFA tərəfindən ciddi nəzarət olduğunu bildirən deyib ki, UEFA istənilən halda hakimlik məsələsinə çox həssas yanaşır: "Hakimlər səhv etdiyi zaman karyerasına ciddi zərbə vuracağını yaxşı anlayır. Eyni zamanda uğurlu idarəçilik zamanı da daha çox təqdir qazanmış olurlar. Qeyd olunan iclasda alınacaq qərardan razılaşmayacağımız təqdirdə klub olaraq etiraz hüququmuz var. Alınacaq qərarla razılaşmasaq, UEFA-nın bayrağı altında olan digər klublar kimi daha ali məhkəməyə müraciət etmək imkanına malik olacağıq".
Marçetti həmçinin "Qarabağ"ın uğurlu çıxışını təqdir edib. O, komandanın qarşıdakı illərdə daha böyük uğurlar əldə edəcəyinə inandığını bildirib.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |