Stadium.az © 2012-2024. Bütün hüquqları qorunur. Texniki dəstək: Netservice.az
Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməlidir.
"Neftçi"də avtobus toplantısı VİDEO
20.12.2014 | 4922 dəfə oxunub
“Bayıl Arena” da “Neftçi” rəhbərliyinin və klubun uşaq və gənclər futbol bölməsinin məşqçilərinin iştirakı ilə növbəti görüş keçirilib. Stadium.az xəbər verir ki, görüşdə “Neftçi”nin vitse-prezidenti Elnur Məmmədov, icraçı direktor Mübariz Xudiyev, marketinq şöbəsinin rəisi Zaur Mütəllimov, AFFA icraiyyə komitəsinin qərarı ilə “Neftçi”nin yeniyetmə və uşaq futboluna texniki direktor təyin edilmiş Yan Versleyen, “Neftçi”nin Aşağı yaş qrupu komandalarının kordinatoru Asif Əliyev, seleksiyaçı-məşqçi Səmədağa Şıxlarov və aşağı yaş qrupu komandalarının bütün məşqçiləri iştirak ediblər. Görüşdə klub prezidenti Sadıq Sadıqovun tapşırığı ilə UEFA tərəfindən "Neftçi"yə ayrılmış vəsait hesabına alınmış yeni avtobus məşqçilərə təqdim edilib. “Neftçi”nin vitse-prezidenti Elnur Məmmədov məşqçilərlə görüşdə bildirib ki, “Neftçi”də aşağı yaş qrupu komandalarının inkişafı hər zaman klub rəhbərliyinin diqqət mərkəzindədir: “Klub prezidenti yerli futbolçuların uğurları və problemləri ilə şəxsən maraqlanır. “Neftçi”nin uşaq futbol məktəbində işlər düzgün qurulub. Bunun nəticəsidir ki, sırf “Neftçi” yetirmələri - Araz Abdullayev bir neçə il əvvəl Evertonun, son olaraq isə Emil Balayev Almaniyanın “Ayntraxt” klubunun diqqətini cəlb edib”. “Neftçi”nin icarçı direktoru Mübariz Xudiyev əsas komandanın heyətində yer alan futbolçuların demək olar ki, hamısının klubun yetirmələri olduğunu vurğulayıb: “Bu gün əsas komandada oynayan futbolçuların əksəriyyəti sırf “Neftçi” uşaq-futbol məktəbinin yetirmələridir. Gənc oyunçularımız Avropa klubularının diqqətini cəlb edir. Bu onu göstərir ki, biz düzgün yoldayıq. Bunula belə bütün uğurlar məşqçilərin məsuliyyətini daha da artırır”. Daha sonra texniki direktor Yan Versleyen klub rəhbərliyinə məşqçilər adından təşəkkürünü bildirib: “Neftçi”yə gəldiyim ilk gündən başda klub prezidenti başda olmaqla, rəhbərlik tərəfindən uşaq futboluna xüsusi həssaslıqla yanaşıldığını gördüm. Bu bizim işimizin daha keyfiyyətli alınması üçün önəmli şərtdir. Hər bir böyük klub kubok qazandıqdan sonra onu muzeyə qoyur. O kubok unudulmalı, yeni titul haqda düşünülməlidir. Uşaq futbolunda isə gənc futbolçu əsas komandaya yüksələndən sonra məşqçilər sanki titul qazanmış olur. Geriyə dönüb yeni istedadları yetişdirməlisən. Bizim uğurumuzdur ki, “Neftçi”nin aşağı yaş qrupu komandalarında onlarla istedadlı uşaqlar var”. (klub saytı |
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Borussiya"dan Ceydon Sanço qərarı
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
01:23 "Fənərbaxça"da itki
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
17:52 "Qarabağ" - "Linkoln"
14:57 PSJ Verrattini satır
18.07.2023
17.07.2023
16.07.2023
12:37 PSJ yeni futbolçu aldı
15.07.2023
18:02 "Yuventus"dan "Latsio"ya
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |