"Simurq" çalışmalara davam edir
Antalyada qış təlim-məşq toplanışında olan "Simurq", ötən gün hazırlıq proqramına əsasən iki məşqə çıxıb.
Stadium.Az xəbər verir ki, səhər məşqindən öncə baş məşqçi Georgi Çixradze bütün futbolçuları ətrafına yığaraq 20 yanvar Azərbaycan xalqının hüzn günü olduğunu bildirib və qeyd edib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakı şəhərinə daxil olaraq, dinc əhalini vəhşicəsinə gülləbaran edib. Bundan sonra bir dəqiqəlik sükutla şəhidlərimizin xatirəsi yad edilib.
Səhər məşqi qaçış və isinmə hərəkətləri ilə başlayıb. Fiziki hazırlıq üzrə məşqçi Aleksandar Karakliçin rəhbərliyi altında fiziki gücün artırılmasından ibarət tapşırıqlar yerinə yetirildikdən sonra futbolçular iki qrupa bölünüb və baş məşqçinin tapşırığı əsasında taktiki tapşırıqlar yerinə yetirilib. Çalışmalarda ayaqlarında yüngü ağrılar hiss edən Marko Stanoyeviç və Əli Gökdəmir iştirak etməyib.
Yerli vaxtla saat 17:00-da start götürən axşam məşqində isə bütün futbolçular iştirak edib. Qaçış və isinmə hərəkətlərindən sonra üç qrupa bölünərək "kvadrat" oynanılıb. Çalışmanın növbəti hissəsində isə səhər məşqində verilən taktiki tapşırıqların həyata keçirilməsindən ibarət ikitərəfli oyun keçirilib. (klub saytı)
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |