Emin İmaməliyev: «Qarabağ»ın çempionluq şansı bitməyib»
Emin İmaməliyev «Qarabağ»ın ən təcrübəli futbolçularından sayılır. Baxmayaraq ki, cəmi 30 yaşı var, İmaməliyev futbolçu karyerasının zənginliyi ilə öyünə bilər. 2003-2005-ci illər aralığında «Qarabağ»ın sıralarında top qovan Emin 3 illik fasilədən sonra yenidən öz sevimli komandasına geri döndü və artıq 3 ildi «Qarabağ»ın uğurları üçün tər tökür. O, danışmaqdan daha çox işləməyə üstünlük verir. Daim peşəkarlığı ön plana çıxır və işi ilə diqqəti cəlb edir. Çempionatın ilk yarısında zədə səbəbindən çox da oynamaq şansı əldə etməsə də, oynadığı məqamlarda bütün bacarığını ortaya qoymağa çalışır. Avrokuboklarda 2, Premyer Liqda 2 qol vuran və 2 ötürmə verən Emin çempionatın ikinci yarısına ümidlə baxır: «Zədə səbəbindən ilk dövrədə demək olar ki, 2 ay oynamadım. Düzdü, zədə futbolun ayrılmaz hissəsidir. Amma qəribədir ki, zədə hər zaman məni formamın zirvəsində «haqlayır». İnşallah, yaranmış fasilə yerinə düşdü. Həm komandamız, həm də mənim üçün. Avrokuboklarda uzun yol keçmişdik. Komandanın 6-7 ay zədədən əziyyət çəkməsi normaldır. Amma buna baxmayaraq komanda sona yaxın toparlana bildi. Antalyadakı keçirəcəyimiz toplantının xeyrimizə olacağını düşünürəm. Belə baxanda liderdən cəmi 8 xal geridəyik. Hələ heç nə bitməyib. Sona qədər mübarizəmizi davam etdirəcəyik. Komandamızda 25 futbolçu var. Rəqabət yetərincə yüksəkdir. BÜtün bunların komandanın xeyrinə olacağını düşünürəm. İnşallah, «Qarabağ» qışdan sonra daha yaxşı çıxış edəcək».
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |