Rəşad Sadiqov: "Çempionluğa gedən yolda büdrəmək istəmirik"
“Zədəm sağalmaq üzrədir. Komanda ilə birgə məşqlərə başlamışam”. Stadium.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın yarımmüdafiəçisi Rəşad Sadiqov deyib.
Bir müddətdir zədəli olduğundan komandasının oyunlarında iştirak etməyən futbolçunun “Qəbələ”yə qarşı mübarizə aparacağı istisna deyil. Millinin avqustun 22-dən 24-dək Bakıda keçirilən təlim-məşq toplanışına qatılmayan yarımmüdafiəçi “Qarabağ”ı çətin oyunun gözlədiyini bildirib: “Qəbələ” yaxşı komandadır. Güclü futbolçulardan qurulub. Millinin də bir neçə oyunçusu bu komandanın heyətində yer alır. Kim hazır olsa, o da qələbə qazanacaq. Çempionluğa gedən yolda büdrəmək istəmirik. Şansları 50-nin 50-yə dəyərləndirirəm”.
Heyətdə zədəli futbolçuların çoxluq təşkil etdiyini vurğulayan Sadiqov onların yoxluğunun hiss olunacağını deyib: “Zədəli futbolçularımız çoxdur. Əfran artıq oynaya biləcək gücdədir. Maksim də komanda ilə məşqlərə başlayıb. Ancaq onunla mənim meydana çıxıb-çıxmayacağım oyun günü bilinəcək. Vüqar, Zaur və Eminin oynamayacağı dəqiqdir”.
Oyunun Ağdamda keçirilməsinin mənfi və müsbət tərəflərini də qeyd edən yığmanın üzvü azarkeş amilini xüsusilə qabardıb: “Quzanlıdakı stadionun ot örtüyü bərbad vəziyyətdədir. “Qarabağ” isə qısa ötürmələrdən istifadə edir. Belə olan halda, işimiz çətinləşir. Ancaq azarkeş baxımından üstünlük qazanmışıq. Onlar bizi dəstəkləyirlər və bunun komandaya çox köməyi dəyir”.
“Qarabağ” – “Qəbələ” oyunu avqustun 27-də, Quzanlıdakı Olimpiya Kompleksinin stadionunda keçiriləcək.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |