Əsgər Abdullayev: "Səmədov Azərbaycan yığmasını seçmədiyi üçün peşmandır"
Moskva "Spartak"ının şərəfini qoruyan Aleksandr Səmədov 2003-cü ildə Azərbaycan yığma komandasına çağırıldı. Əsgər Abdullayevin başçılığı altında AÇ-2004-ün seçm mərhələsində Finlandiya millisi ilə matçöncəsi yığmamız yoldaşlıq görüşü keçirməli idi. O zaman AFFA prezidenti olan Fuad Musayevin cəhdlərinə baxmayaraq, millimizə rəqib tapılmadı. Belədə, U-21 yığmamızla yoxlama matçı keçirən əsas komandanın heyətində Aleksandr Səmədov da debüt etdi. Rəsmi qarşılaşma olmadığı üçün Səmədovun yığmamızda gələcək taleyi müəyyənləşmədi. AFFA-nın baş katibi Elxan Məmmədovun futbolçuların Azərbaycanda nə yaşadığının sirr kimi qaldığını deməsi maraq doğuran bir haldır. Bu sirri açmaq üçün milli komandanın sabiq baş məşqçisi Əsgər Abdullayevlə əlaqə saxladıq. Yayda "Turan"ın baş məşqçi postuna keçən Abdullayev açıqlamasında həmin vaxt Səmədovun millidə oynamamasına bu cür aydınlıq gətirdi: "Mən millidə işləyən dövrdə keçmiş federasiya rəhbəri ilə məsləhətləşib onu Azərbaycana dəvət etdik. Finlandiya ilə oyun öncəsi yığma komanda yoldaşlıq matçı keçirməli idi. Elə alındı ki, rəqib tapılmadı. Məcburiyyət qarşısında qalıb gənclərlə yoxlama matçı keçirdik. Həmin oyunda Səmədovu yoxladıq. Bu da rəsmi oyun olmadığı üçün Səmədovun məsələsi Finlandiya ilə rəsmi oyuna qaldı. Əslində bu futbolçu komandaya lazım idi. Sadəcə Rusiya vətəndaşı olduğu üçün onu milliləşdirmək lazım idi. Finlandiya ilə oyuna qədər sənədləşmə həll edilməli idi. Həmin vaxt AFFA rəhbərliyi İdman Nazirliyinə müraciət etdi. Futbolçunun Azərbaycan vətəndaşlığını qəbul etməsi üçün sənədlər hazırlandığı zaman Rusiya Futbol İttifaqından belə bir məktub gəldi ki, Səmədov Rusiyanın U-21 millisinə çağırılıb. Sonra futbolçunun özü ilə əlaqə saxladıq və Səmədov Azərbaycan yığmasında oynamaq istəmədiyini bildirdi. O ki qaldı mənim onu bəyənməməyimə, belə bir şey olmayıb. Əgər elə olsaydı, onu Rusiyadan çağırmazdım. Ondan sonra hər bir açıqlamasında Azərbaycan millisində oynamaq istəmədiyini dedi. Futbolçu seçimini artıq o vaxt etmişdi. Bəlkə də indi Rusiya millisinə çağırılmadığına görə Azərbaycanı seçmədiyi üçün peşmandır. Ancaq Səmədovun millimizdə oynamamasında mənim heç bir günahım yoxdur".
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |