ŞÜVƏLANDA KOLLEKTİV DAVA: Kim kimi söydü və vurdu?
AZAL – "İnter" matçının son dəqiqələri olduqca dramatik keçdi. Stadium.Az xəbər verir ki, iki xal itkisini həzm edə bilməyən qonaqların aqressivliyi sərhəd tanımadı. Kulminasiya nöqtəsi Sezar Meza Kollinin "İnter"in texniki zonasının düz önündə Eltun Yaqublunu yerə yıxması və ayağıyla vurması oldu.
Hadisə yerinə yaxın olan Nicat Qurbanov paraqvaylıya etirazını bildirincə, ehtiyat skamyadan irəli şığıyan Baçana Sxadadze ona ağır cavab verdi. Nicat özünü güclə ələ aldı və bircə bunu dedi: "zatkinis". Kaxaber Sxadadzenin oğlu bu cavaba əlindəki kağızı Qurbanova tərəf atmaqla reaksiya göstərdi. Tərlan Əhmədovun "Bico", sakit ol" çağırışına Kaxa da biganə qalmadı. Hər iki baş məşqçi aranı sakitləşdirməyə cəhd göstərdi.
Final fitindən sonra paltardəyişmə otağının yolunu tutan komandalar sakitləşmiş görünürdü. Elə bu anda Sezar Meza Kolli arxadan gələrək, Viktor İbekoyinin saçından yapışdı. Nigeriyalı əliylə onu yüngülcə geri itələdi, "İnter" özünü nümayişkaranə şəkildə yerə atdı. Bu vaxt Kaxanın serb köməkçisi İbekoyiyə cumdu. Orxan Lalayevin davaya qoşulmasına isə Kaxa imkan vermədi.
Polislərin müşayiəti ilə ümumi zala daxil olan futbolçular daha da qızışdı. İçəridə kim kimi gəldi vururdu. Asayiş keşikçiləri qapıları bağladığından, nələrin baş verməsini izləmək imkanımız az oldu. Bununla belə, eşidilən səs-küydən və söyüşlərdən başa düşmək olardı ki, baş məşqçilər arada qalıb. (sportinfo.az).
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |