Tahir Gözəl: "Biz "Neftçi"dən güclüyük
Ağdamın "Qarabağ" klubunun vitse-prezidenti Tahir Gözəl "Neftçi" - "Qarabağ" oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb. Stadium.Az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:
- Öncə UEFA-nın son qərarı ilə bağlı münasibətinizi
öyrənmək istərdik...
- Bizim istəyimiz bunun qayda pozuntusu kimi hallanması və oyunun bizə verilməsi idi. Birinci UEFA-nın etik komitəsinə müraciət etmişdik. Təəssüflər olsun ki, onlar bu istəyimizə heç baxmadılar, rədd etdilər və səbəbini də yazmadılar. Amma biz yenidən müraciət edincə, onlar bunu özlərində qeyd etdilər. Mənim üçün sevindiricidi ki, bu məqam futbol tarixində hakimin bir səhvi kimi qeydə alındı, tarixə "Qarabağ"ın zəfəri kimi yazıldı. Bu, xoş xəbərdi. Ancaq qayda pozuntusu verməmələri yenə üzücü və narahatedicidi. Açıq-aşkar səhv idi, günün günorta çağı edilən bir səhv idi. O zaman hakim xətası kimi sayıla bilər ki, o, doğrudan da epizodu görməsin. Hesab edirik ki, qərar bizi tam qane etməsə də, nəyəsə nail olduq. UEFA bizə deyir ki, siz düz deyirsiz, ancaq artıq gecdi. Bir yerdə haqqımızı versələr də, istəyimizə tam nail ola bilmədik. Bir tərəfimiz sevinir, digər tərəfdən isə haqqımızın pozulduğunu düşünürük.Hə, neyləyə bilərik? FİFA-ya şikayət edə bilərik. Ancaq UEFA ilə münasibətimizi o səviyyəyə çəkmək istəmirik. Burda dayanacağıq. Bu qədəri bəs edər məncə.
- İstəyinizə çatdınızmı?
- İstəyimiz tam başqa idi. Yenə deyirəm, biz qayda pozuntusunun qeydə alınmasını və oyunun bizə verilməsini istəyirdik. Amma hakimin səhvinin olduğunu demələri, onun cəzalandırılması müsbət haldı. Cənab prezident İlham Əliyev də hakimin cəzalandırılmalı olduğunu demişdi. Hamımız ürəyimizdə bunu istəyirdik. Mən də çıxışlarımda bunu bəyan etmişdim. Müəyyən mənada, istəyimizə nail olduq. Hakimi cəzalandırmaları o deməkdi ki, "Qarabağ" "İnter"i 1:0 hesabı ilə məğlub etdi.
- Bu məsələnin siyasi tərəfi də var.
"Qarabağ"ın yenə əzildiyini demək olarmı?
- İnsan öz-özünə deyir ki, bu cür açıq-aşkar səhvi günorta necə görməmək olar? Buna görə də, qərar məni tam qane etmir. Bariz qolun verilməməsi sual doğurur. Adamı qıcıqlandırır, narahat edir. Belə hallar olmamalıdı. "Qarabağ"ın haqqının pozulduğunu deyənlərlə razıyam.
- "Qarabağ"ın mərhələ keçməməyi klubu daha
çox tanıtdırdı. Haqsızlığa uğraması bir növ "Qarabağ"ın xeyrinə
olmadımı?
- Bəli, elə oldu, 100 faiz. Bu olay futbol tarixinə düşdü. Dünyada "Qarabağ"ın adının hallanması, bu oyundakı hadisələr tarixdə qalacaq. Hər kəs bizi dəstəklədi. Rusiya, Ukrayna, Türkiyə, hətta İtaliyanın özü bizə dəstək oldu. Ermənistanın özündə də Azərbaycanın "Qarabağ" klubunun haqsızlığa uğradığını dedilər. Arzum o idi ki, "Qarabağ" Avropa Liqasındakı çıxışını davam etdirsin və biz tarixi nəticəyə imza ataq. Deyək ki, biz Azərbaycan futbolu tarixində ilk dəfə o mərhələyə çatdıq. Oyunumuzla da buna layiq idik. Haqsızlığa uğrasaq da, şəxsən mənim gördüyüm məhəbbət, insanların diqqəti, cənab prezidentin bizə qayğısı çox xoş oldu. Hamımız birləşdik. "Qarabağ" yenə bacardı, mənəvi cəhətdən hamı bir oldu. Hədəfimiz "Qarabağ"ı tanıtdırmaq idi ki, buna da nail olduq. Əsas ona sevinirəm ki, “Qarabağ” adın dünyaya tanıtdıra bildik.
- UEFA nümayəndələri ilə bir neçə dəfə görüşdünüz.
Növbəti mövsümlərdə "Qarabağ"a qarşı məsuliyyətli olacaqları ilə
bağlı sizə söz verdilərmi?
- Görüşdük. Birinci qərarlarını qəbul etmədik, sona qədər getdik.Daha sonra etirazlarımızı bildirdik. Mən Avropaya
gedəndə, ordakı nümayəndələrlə görüşəndə onlar çox maraqlı məqama diqqətimi
çəkdilər. Dedilər ki, UEFA üçün hakimlik məsələsinin peşəkarlığı çox vacibdi.
Bu məsələdə UEFA çox diqqətlidi. Bu, onlar üçün də sarsıntı oldu. Əgər UEFA-nın
əsl hədəfi ədalətli oyunlar keçirməkdisə, daha diqqətli olacaqlar. Çünki onlar
üçün bu, bir fiasko idi. Onlar da gördülər ki, biz haqqımızdan keçən deyilik.
"Qarabağ"a qarşı edilmiş haqsızlıq UEFA-da da boşluqların olduğunu
sübut etdi.
- Hakim səhv etməsəydi, indi UEFA Avropa Liqasında “Olimpiakos”la
“Dnepr” yox, “Qarabağ” oynayacaqdı...
- Artıq olan oldu, hər şey arxada qalıb. “Dnepr” özü də bu məsələdə bizə haq qazandırmışdı. İndi neyləyək? İndi “Dnepr”in təmsil etdiyi xalq da məzlum vəziyyətdədir. Bizə də xoş olardı ki, “Dnepr” “Olimpiakos”a qalib gəlsin və o məzlum azarkeşlərin sevindirsin.Onlara da uğurlar arzulayıram.
-
"Neftçi" rəhbərliyi "Qarabağ"la matçdan öncə hakimliklə
bağlı narazılığını bildirdi. Hakimin qərəzli olmasından şübhələnirdilər, ya necə?
- "Qarabağ"ın bu məsələdə mövqeyi belə oldu: əgər siz hakimliyə etiraz edirsizsə, bizim üçün problem yoxdu, hakimi dəyişdirə bilərik.
- Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov sizin bu
müraciətinizi bir növ publikaya oynamaq kimi dəyərləndirdi. Ona etirazınız varmı?
- Şəxsi fikridi. Bizim mövqeyimiz belədi ki, rəqib etiraz edirsə, biz hakimin dəyişdirilməsinə etiraz etmirik. Əslində, çox sadə yanaşma idi. Biz özümüzə arxayınıq.
- “Qarabağ” bu
addımıyla sanki “Neftçi”yə dedi ki, “biz onsuzda sizdən güclüyük və hakim kim
olursa olsun qalib gələcəyik”. Elə deyilmi?
- Bəli, tamamilə doğrudur. Biz gücüüzə əminik və özümüzə də inanırıq. İndiyə kimi “Neftçi” və “Qarabağ” hərəsi 55 dəfə br birinə qol vurub. Mən çox istəyidrim ki, 56-cı qolu biz vuraq və belə də oldu. İndiyə kimi qələbə sayında da biz üstünük. 17 dəfə “Neftçi”, 19 dəfə isə biz qələbə qazanmışıq. İnşAllah ki, bu oyundan da istədiyimizi aldıq.
- Azarkeşlər
daha güclü "Qarabağ" görmək istəyirlər. Ancaq qış fasiləsində yeni
transferlər olmadı...
- Transfer
olmaması tamamilə Qurban Qurbanovun siyasətidi. Biz dedik ki, əgər arzunuz
oyunçu almaqdısa, biz bunu klub olaraq dəstəkləyəcəyik. Qurban hoca iki
futbolçuya baxdı, amma razılaşa bilmədilər. Bu, tamamilə texniki məsələdi. Biz
heç vaxt məşqçilərə etiraz, onların peşəkar gedişlərinə isə müdaxilə etmirik.
Bizim işimiz komandada ruh yüksəkliyi yaratmaq, məşqçilər korpusunun istəyini
cavablandırmaqdı. Qurban Qurbanovdan elə bir istək gəlməyib. Gəlsəydi, müsbət
cavab verərdik. Mən də ona dedim ki, bir-iki oyunçu alsaydıq, daha yaxşı
olardı. Dedi ki, istədiyim oyunçunu tapa bilmədim.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |