"Xəzər Lənkəran"la oyunda meydana çıxıb, canımızı qoyduq"
Premyer Liqanın XXIII turunda “Xəzər Lənkəran”la qarşılaşan “Qəbələ” əzmkar qələbə (3:1) sayəsində hesabına 3 xal yazıb. Stadium.Az xəbər verir ki, "qırmızı-qaralar"ın ev oyununda vurduğu qollardan ikisinə müdafiəçilər imza atıb. Ekiqo Ehiosunun qolundan sonra əvvəl Ruslan Abışov, ardınca Ürfan Abbasov rəqib qapısına yol tapıb. Matçda son nöqtəni qoyan Abbasov qarşılaşma ilə bağlı fikirlərini gabalafc.az-la bölüşüb:
“Xəzər Lənkəran”la oyun bizim üçün çox böyük əhəmiyyət daşıyırdı. Bunadək ardıcıl 3 oyunda xal qazanmadığımızdan bu dəfə qalib gəlməli idik. Məqsədimiz 3 xal idi. Biz də meydana çıxıb, canımızı qoyduq, bütün bacarığımızı nümayiş etdirib, əzmkar qələbə əldə etdik. Bu qələbə növbəti oyunlarda qazanacağımız uğurlara təkan olmalıdır. Növbəti qarşılaşmalara da yalnız 3 xal üçün çıxacağıq. Əsas tilsimi qırmaq idi ki, bunu bacarıb, uğursuzluq zolağından çıxdıq. Qarşıdakı görüşlərə daha yaxşı hazırlaşıb, bunun davamını gətirəcəyik”.
“Qəbələ”də ən çox oyun keçirən 10 futbolçudan biri olan Abbasov 83-cü matçında 2-ci qolunu vurub. Ötən mövsüm “Rəvan”la XXXI turun səfər qarşılaşmasında qola imza atan müdafiəçi ilk dəfə doğma meydanda fərqlənib: “Düzdür, “Xəzər Lənkəran”la qarşılaşmada qol vurdum. Amma əsas komandamızın qələbəsi idi. Buna da nail olduq. Açığı, hücumlara qoşulsam da, qol vuracağımı gözləmirdim. Çox sevinirəm ki, bunu bacardım və “Qəbələ”nin qələbəsində rolum oldu. Komandamın heyətində ilk dəfə ev oyununda qol vurdum. Fərqləndikdən sonra da sevincimi məhz azarkeşlərimizlə bölüşdüm. Doğma publika önündə fərqlənmək, sevincini onlarla bölüşmək çox gözəl, inanılmaz hissdir”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |