Bakıda mövsümün rekordu
Premyer Liqanın 23-cü turunun “Neftçi” – “Qarabağ” oyunu azarkeş sayında iki rekord vurub. Stadium.Az xəbər verir ki, 4500 tamaşaçı toplayan qarşılaşmada çempionatda mövsümün ikinci yarısının ən yüksək göstəricisi qeydə alınıb. Belə ki, 2015-ci ilə təsadüf edən 5 turun 20 oyunundan heç birində bu qədər azarkeşə rast gəlinməyib. Bu görüşədək rekord 20-ci turun “Xəzər Lənkəran” – “İnter” görüşünə məxsus idi – 2500 tamaşaçı.
“Bakcell Arena”da qeydə alınan 4500 nəfərlik auditoriya həm də mövsümün Bakıda keçirilən qarşılaşmaları üçün ən yüksək göstəricidir. Belə ki, cari çempionatda paytaxtda baş tutan matçlarda bu qədər tamaşaçıya təsadüf olunmamışdı. Bunadək rekord 15-ci turunun “Qarabağ” – “Neftçi” matçında qeydə alınmışdı. Tofiq Bəhramov adına Respublika stadionundakı görüşü 3000 izləyici seyr etmişdi.
Ümumiyyətlə isə nəticəsi ləğv olunan qarşılaşmaları nəzərə almasaq mövsümün yalnız 5 oyununda “Bakcell Arena”dakından daha çox tamaşaçı qeydə alınıb. Bu matçların hamısı Lənkəranda baş tutub. Çempionatın rekordu isə 2-ci turun “Xəzər Lənkəran” – “Sumqayt” görüşüdür – 8500 tamaşaçı.
Qeyd edək ki, “Neftçi” – “Qarabağ” oyununda qonaqlar 1:0 hesabı ilə qalib gəlib.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |