Paşayev Azərbaycanda oynamayacaq
Azərbaycan millisində oynayacaq Pavel Paşayevin meneceri Konstantin Sosenko bu barədə danışıb. Stadium.Az xəbər verir ki, Sesenko Paşayevin millimizə xeyir verəcəyindən əmin olduğun bildirib:
"Azərbaycan millisi Pavel Paşayevin timsalında çox güclü futbolçu qazanacaq. O, komandanın ən yaxşılarından birinə çevriləcək.
Pavel həm sürətli, həm də müdafiədə etibarlıdı. Özü haqda müsbət fikir formalaşdıra bilib. Millidə çıxış etmək marağındadı. Düşünürəm ki, məsələ müsbət həllini tapacaq. Bunun yığmanın qarşıdakı matçlarına qədər həllini tapmasını istəyərdim.
İki ildi Paşayevin Azərbaycan yığmasına cəlb olunması məsələsi ilə məşğuluq. Həmin vaxt AFFA-nın dəvəti ilə Bakıya gəlib, danışıqlara başladıq. Lakin onda müsbət nəticə əldə edə bilmədik. Sonradan yenidən məsələyə qayıdıb, onun həlli üçün çalışdıq. AFFA-da bir neçə dəfə olub, rəsmilərlə söhbətlər etdik. İndi futbolçu yığmada oynamağa yaxındı.
Paşayevin anlaşması yayda bitəcəyindən, onun klub karyerası ilə də məşğulam. Hazırda əlimdə xeyli sayda Ukrayna klubunun təklifi var. Biz də bunları müzakirə edirik. İlk növbədə futbolçunun istəyi, sonra isə digər məsələlər, o cümlədən maliyyə tərəfi də nəzərə alınmalıdı. Bu üzdən onun başqa ölkədə - elə Azərbaycanda oynaması hələlik gündəmdə deyil. Çünki bunun üçün ilk növbədə heyətində görmək istəyən klub da olmalıdı".
Əslən azərbaycanlı olan müdafiəçi assosiasiyaya müraciət edərək yığmamızda oynamaq istədiyini bildirib. Bununla əlaqədar AFFA-nın sorğusuna cavab olaraq Ukrayna Futbol Federasiyası bildirib ki, o, bu ölkənin aşağı yaş qruplarından ibarət yığmalarında iştirak edib, lakin əsas komandada oynamayıb. Bu üzdən də AFFA onun müvafiq qaydalara uyğun olaraq, Azərbaycan millisində forma geyinməsinə razılıq vermək üçün FİFA-ya müraciət edib.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |