Mahir Şükürov: "Qazaxıstanı udmağa borcluyuq"
AÇ-2012-nin seçmə mərhələsinə hazırlaşan milli komandamız qrupda növbəti oyununu setyabrın 2-də Belçika, 4-gün sonra isə Qazaxıstan yığmasına qarşı keçirəcək. Stadium.az xəbər verir ki, komandmız bir günlük istirahətdən sonra AFFA-nın futbol akademiyasında yenidən biraraya gəlib. AZAL-la oyunda qırmızı vərəqə alaraq İntizam-Komitəsi tərəfindən 4 oyunluq cəzalanan "Qəbələ"nin üzvü Mahir Şükürov da düşərgədədi. "Qarabağ"la qarşılaşmanı kənardan izləyən müdafiəçi millimizin qarşıdakı oyunları haqqında danışıb:
"Belçika güclü rəqibdir. Heyətində əksər futbolçular Avropanın aparıcı klublarında oynayırlar. Çox çətin oyun olacaq. Rəqib qitə çempionatının final mərhələsinə vəsiqə qazanmağa namizədlərdən biridi.Onlar çalışacaqlar ki, burda xal itirməsinlər. Sözsüz, belçikalıların hücumameylli oyun göstərməsi işimizi bir tərəfdən çətinləşdirsə də, digər tərəfdən asanlaşdıra bilər. Onların hücumlarının qarşısını kəsib, əks-hücumda nəsə edə bilərik. Belçika ilə heç-heçə oynamağımız sərfəli nəticə sayıla bilər. Qazaxıstanı isə udmağa borcluyuq. Səfərdəki məğlubiyyətin əvəzini onlardan çıxmalıyıq. Ümumilikdə, bu iki oyundan 4 xal toplasaq, Avstriya ilə oyun üçün əlavə stimul olacaq. Hər birimiz çalışacağıq ki, azarkeşlərimizə sevinc bəxş edək".
Mahir Şükürov milli komandada ab-havanın yaxşı olduğunu bildirib: "Təlim-məşq toplanışı yaxşı səviyyədə gedir. Hər bir futbolçu da milliyə kömək etmək üçün məşqlərdə özünü göstərməyə çalışır. "Qarabağ"a qarşı oynasaydım, daha yaxşı durumda olardım. İntizam Komitəsi mənə çox ağır cəza verib. Bu cəzanı yüngülləşdirsələr, yaxşı olar. Amma məşqlərdə çalışıram ki, oynamadığım müddətdəki praktikanı bərpa edim".
premyerliqa.az
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |