Araz Abdullayevin Avropaya transferi niyə baş tutmadı?
Araz Abdullayev qış transfer dönəminədək “Neftçi”nin şərəfini qoruyacaq. Stadium.az xəbər verir ki, buna səbəb flaqmanın yetirməsinin müqavilə ilə məxsus olduğu “Everton”la Yunanıstanın PAOK klubu arasında olan danışıqlarda ümumi razılığın əldə olunmamasıdır.
Belə ki, PAOK legioner statusu daşıyan yarımmüdafiəçini 2 illiyə icarəyə götürməyi və futbolçunun əsas heyətdə oynamayacağı halda, onunla qış transferi dönəmində geri qaytarılması şərti ilə müqavilə bağlayacağını bildirib. Lakin bununla nə “Everton”, nə də “Neftçi” razılaşıb. Buna görə də “Everton” və “Neftçi” arasında danışıqlara görə, oyun praktikasını itirməməsi və məşq proseslərində iştirakı üçün Araz Abdullayev müvəqqəti olaraq flaqmanın heyətində çıxış edəcək. Artıq 20 yaşlı futbolçunun adı “Neftçi”nin sifariş vərəqəsinə salınıb. O, ən azı bu ilin oktyabr-dekabr aylarınadək “ağ-qara” formada mübarizə aparacaq.
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev bununla bağlı fikirlərini klubun rəsmi saytına bildirib: “Təbii ki, Araz Abdullayevin ölkə xaricində oynamasını, legioner həyatı yaşamasını istərdik. Lakin hazırda heyətdə zədəli futbolçuların olduğunu nəzərə alsaq, Araz kimi istedadlı oyunçunun komandaya qayıtmasına yalnız sevinmək olar”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |