"Simurq" 3 latviyalını heyətinə qatdı
“Simurq” heyətini daha 3 futbolçu ilə gücləndirib. Stadium.az xəbər verir ki, bir müddətdir Zaqatala təmsilçisinə keçidi gündəmdə olan Andrey Rubin nəhayət istəyinə çatıb.
Belə ki, son mövsümü “Qarabağ”ın heyətində keçirən latviyalı yarımmüdafiəçi Ağdam təmsilçisi ilə problemini yoluna qoyduğundan, Sergey Yuranın sərəncamına yollana bilib. Sol cinahda çıxış edən futbolçunun adı artıq iştirak ərizəsinə daxil edilib və o, V tur çərçivəsində “İnter”lə keçiriləcək oyunda meydana çıxa biləcək. Yeri gəlmişkən, Rubinin ölkəmizdə ilk klubu elə “İnter” olub.
“Simurq”un digər transferi də yerli azarkeşlərə yad deyil. Söhbət ötən mövsüm “Gəncə”nin formasını geyinən hücumçu Kristap Qrebisdən gedir. Fuad ismayılovun baş məşqçiliyi dövründə Gəncə təmsilçisinə cəlb edilən forvard uca boyu ilə seçilirdi. 31 yaşlı latviyalının “sarı-qaralar”ın hücum xəttini gücləndirəcəyi istisna deyil.
Əyalət təmsilçisinin son transferi Vidas Alunderis olub. Ölkəsində “Atlantas”, “Jalgiris”, “Jeleznis” klublarının formasını geyinən futbolçu daha çox Ukraynadakı oyunları ilə seçilib. “Tavriya”da özünü yaxşı tərəfdən göstərə bilməsə də, müdafiəçi Xarkov “Metallist”ində uğurlu oyunlar sərgiləyib. 35 dəfə bu klubun heyətində meydana çıxan Alunders daha sonra Polşanın “Zaqlebiya” və Avstriyanın LASK klublarının formasını geyinib. O, Latviya yığmasının da üzvüdür.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |