Stadium.az © 2012-2024. Bütün hüquqları qorunur. Texniki dəstək: Netservice.az
Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməlidir.
Nikolay Adam: "Fransaya turist kimi gəlməmişik" - MÜSAHİBƏ
24.03.2015 | 3549 dəfə oxunub
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Nikolay Adam affa.az saytına müsahibə verib. Stadium.Az həmin müsahibəni təqdim edir:
- Avropa çempionatının elit-raund mərhələsində mübarizə aparacaq yığmamız hazırlıq məqsədilə Almaniyanın Frankfurt şəhərində təlim-məşq toplanışı keçdi və iki yoxlama oyununda qüvvəsini sınadı. Əvvəlcə Almaniyadakı toplanışı dəyərləndirməyinizi istərdik...
- Almaniyadakı toplanış yaxşı keçdi. İki yoxlama oyunu keçirdik. İlk oyunda “Düsseldorf”un əvəzedici heyəti ilə qarşılaşdıq. Həmin komanda Almaniyanın 4-cü divizionunda mübarizə aparır və 6-cı pillədə qərarlaşıb. “Düsseldorf” güclü komandadır. Son 10 dəqiqədə qapımızdan 2 top buraxıb məğlub olduq. Cinahlarda buraxdığımız 2 səhv qolla nəticələndi. Çoxlu əvəzetmələr edərək hər futbolçunu yoxlamaq imkanı əldə etdik. “Düsseldorf”u ona görə seçmişdik ki, elit-raundda bizi təxminən bu səviyyədə rəqiblər gözləyir. Əks-hücumlarda qol vəziyyətlərini dəyərləndirə bilmirsənsə, uduzacaqsan. Əks-hücumlarda əldə etdiyimiz imkanlardan maksimum yararlanmalıyıq. Komanda tam olaraq bütün diqqətini bu oyunlara yönəldib. İrlandiya yığmasına böyükhesablı məğlubiyyətdən sonra futbolçular xəyallar qurmurlar, reallığı daha yaxşı hiss edirlər.
- Artıq komanda Fransadadır və 2 gündən sonra elit-raund mərhələsinin oyunları başlayacaq. Komanda oyunlara nə dərəcədə hazırdır?
- Yüz faiz hazırıq. Artıq hər şey futbolçulardan asılıdır. Onlar hansı səviyyədə olduqlarını nümayiş etdirməlidirlər. Biz onları yaxşı hazırlamışıq. Kifayət qədər beynəlxalq oyun təcrübələri var. Bu onlar üçün növbəti addımdır. Elit-raundda zəif rəqib yoxdur. Oyunlarda daha diqqətli olmalıyıq. Ani boşluq buraxsaq, məğlub olarıq.
- Yığmamız kifayət qədər güclü qrupda yer alıb. Meydan sahibləri Fransa, eləcə də İngiltərə kimi futbol ölkələri ilə mübarizə aparacağıq. Eyni zamanda, Danimarkanın özü kifayət qədər güclü rəqibdir. Rəqiblər haqda məlumat toplamısınızmı?
- Əlbəttə, məlumatımız var. Oyunlarına baxmışıq, analiz etmişik. Rəqibi araşdırarkən adətən zəif cəhətlərini aşkarlamağa çalışırsan. Demək olar ki, zəif cəhətləri yoxdur. Ancaq bu o demək deyil ki, buraya turist kimi gəlmişik.
- Rəqib komandaları araşdırdığınızı dediniz. Hansı rəqiblə hansı taktika ilə mübarizə aparacağınızı müəyyənləşdirmisinizmi?
- Xeyr. Çünki son 18-lik bugünkü məşqdən sonra məlum olacaq. Açığı, 18-liyi müəyyənləşdirməkdə çətinlik çəkirik. Bu digər tərəfdən yaxşıdır ki, seçim imkanımız genişdir. Zədəli olduğu üçün Mansur Nahavəndi komandaya kömək edə bilmir. Zədəli olmasaydı bel,ə cəzalı olduğu üçün ilk oyunda oynamayacaqdı. 4 futbolçu sarı vərəqə limitindədir. Bunların hamısını nəzərə almalıyıq, diqqətli olmalıyıq. Komandadakı futbolçuların, demək olar ki, hamısı eyni səviyyədədir. Hər hansı biri oynamasa, digər çıxıb layiqincə əvəz edəcək.
- Futbolçular psixoloji cəhətdən Fransa, İngiltərə kimi komandalara qarşı oynamağa hazırdırlarmı?
- Bu istiqamətdə onlarla çalışırıq. Əsasən də İrlandiya yığmasına 0:6 hesablı məğlubiyyətdən və U-17-nin elit-raunddakı nəticələrindən sonra onları nələrin gözlədiklərini bilirlər. Bura uşaq baxçası deyil. Biz bu mərhələyə təsadüfən yüksəlməmişik. Futbolçular sübut etməlidirlər ki, biz elit-raunda təsadüfən gəlməmişik. Komandanın 60 faizi növbəti seçmə mərhələdə də çıxış edəcək. Bu futbolçular daha əvvəl də təzyiq altında oynamağı bacarıblar. İnanıram ki, burada da bacaracaqlar. Əlimizdən gələni edəcəyik.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Borussiya"dan Ceydon Sanço qərarı
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
01:23 "Fənərbaxça"da itki
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
17:52 "Qarabağ" - "Linkoln"
14:57 PSJ Verrattini satır
18.07.2023
17.07.2023
16.07.2023
12:37 PSJ yeni futbolçu aldı
15.07.2023
18:02 "Yuventus"dan "Latsio"ya
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |