Robert Prosineçki: "Vaxt lazımdı"
“Oyundan narazı qaldım. Bəzi məqamlarda mən istədiyim oyunu nümayiş etdirə bilmədik. Amma komanda əlindən gələni etdik. Bundan yaxşı oynaya da bilərik”. Stadium.Az xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki deyib. AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində bu gün Malta üzərində 2:0 hesablı qələbə qazanan komandamızın xorvatiyalı çalışdırıcısı bildirib ki, nəticə ürəyincədi:
"Futbolçular əllərindən gələni etdilər. Lakin onların potensialı bundan da yaxşı oynamağa imkan verir. Qarşılaşmadan öncə çətin matç olacağını demişdim. Rəqib müdafiədə ciddi oynayır. Fikir verirəm ki, jurnalistlər tövsiyə edirlər ki, kim harda oynamalıdı. Mən baş məşqçiyəm, öz fikirlərim var. Namiq Ələsgərov matça yaxşı başladı, amma zədələndi. Ümid edirəm ki, onun zədəsi ciddi deyil. Mən ümumilikdə hücum, yarımmüdafiə və müdafiə xəttindən razı qaldım".
Prosineçki bəzi məqamlarda komandasının müdafiə futbolu oynamasına da aydınlıq gətirib: "Sözsüz ki, bu, psixoloji təzyiqlə bağlı idik. Əvvəlki 4 oyunda məğlub olmuşduq. Buna görə də, komanda bu dəfə qalib gəlməli idi. 90 dəqiqə hücum futbolu oynaya bilmədik. Üstəlik, bu gün 3 futbolçu ilk dəfə millinin formasını geyindi. Bəzi məqamlarda geri çəkilməli olduq. Bu da dediyim kimi, psixoloji gərginliklə bağlı idi. Erkən qol vurduq. Birinci hissədə topu daha çox saxlamağa çalışdıq. Səhvlərimiz oldu. Tam istədiyimiz kimi hər şey alınmadı, vaxt lazımdı. Futbolçular da insandılar, onları da başa düşmək lazımdı. Malta böyük futbol ölkəsi olmasa da, belə komandalara qarşı oynamaq çətindi".
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |