Ruslan Qurbanov: "Azərbaycanda 5 il yüksək səviyyədə futbol oynamışam"
Azərbaycan millisinin və "Hayduk" klubunun futbolçusu Ruslan Qurbanov məşhur "goal.com" saytına müsahibəsin təqdim edirik:
- "Hayduk"a gəlməzdən öncə hansı kluba keçdiyin haqda məlumatın var idimi?
- "Hayduk"un Azərbaycanda tanındığını bilmirdim.
- Sən "Hayduk"a komandanın sabiq hücumçusu Jin Evrardın əvəzləyicisi kimi transfer olundun. Necə düşünürsən, azarkeşləri və Evrardı yaxşı mənada təəccübləndirə biləcəksən?
- Evrardın azarkeşlərin sevimlisi olduğunu bilirəm. Ancaq əgər gücümü ortaya qoyaraq fərqlənsəm, problemsiz salto vuraram.
- Sənin oyununu gözəl edən nədir?
- Sürət, texnika və driblinq. Daha üç cəhəti də vurğulaya bilərəm. Ancaq onu deyim ki, mən klassik hücumçu deyiləm.
- Split şəhəri haqda nə deyə bilərsən?
- Şəhər xoşuma gəlir. Ancaq hələ ki, şəhərin görməli yerlərini gəzməyə vaxtım olmayıb. Rus dilində danışdığım ukraynalı komanda yoldaşım Artem Milevski yeni şeylər öyrənməyimə kömək edir. Ancaq digər komanda yoldaşlarımla da münasibətim yaxşıdır.
- Baş məşqçi Stanko Poklepoviçin məşqləri necə keçir? Onun məşqlərində yeni nəsə öyrənə bildin?
- Azərbaycanda 5 il yüksək səviyyədə futbol oynamışam. Yəni, belə məşqlərin çoxunu orada görmüşəm. Bununla belə məşqlər maraqlı keçir.
- Necə düşünürsən, "Hayduk" Azərbaycan Premyer Liqasında oynasa, çempion ola bilər.
- Deməzdim ki, çempion olar. Ancaq çempionluq uğrunda mübarizə apara bilər. "Qarabağ" cari mövsüm Avropa Liqasının qrup mərhələsində oynayıb. Həmçinin "Neftçi", "İnter" kimi yaxşı klublarımız da var.
- Xorvatiya və Azərbaycan çempionatlarını necə müqayisə edərdin?
- Xorvatiya klubları daha öncə avrokuboklarda Azərbaycan komandaları ilə qarşılaşıb. Komandalar arasında mübarizənin getdiyinin şahidi olmuşuq. Azərbaycanda xeyli sayda legioner futbolçular var ki, fərdi oyuna üstünlük verirlər. Ancaq buradakı əcnəbi futbolçular fərqli oyun nümayiş etdirirlər.
- "Dinamo" ilə derbi oyununda meydana çıxmadın. Ancaq deyəsən, stadiondakı atmosferə heyran qalmışdın...
- Bəli, stadionda gözəl atmosfer var idi. Daha öncə bu təcrübəni yaşamamışdım. Təəssüf ki, həmin görüşdə oynamadım və sonda qol buraxdıq. Azərbaycanda keçirilən "Qarabağ" - "Neftçi" derbisi zamanı stadiona 7 min azarkeş gəlir. Ən azı arenada 3 min tamaşaçı olur.
- Mövsümün sonuna qədər neçə qol vuracaqsan?
- Əgər oynasam, 5 qol vuracam.
- Xorvatiya klubuna keçməyini ailən necə qarşıladı?
- Bu, mənim üçün yeni çağırış idi. "Hayduk"a gəldiyim üçün xoşbəxtəm. Ailəm də bu transferi xoş qarşıladı. Onlar seçimimə hörmətlə yanaşdılar və məni dəstəklədilər.
- Uşaqlıqda hansı futbolçunun fanatı idin?
- Ronaldinyo. Onun oyununu izləməkdən zövq alırdım.
- Xorvatiya futbolu dedikdə, ağlına ilk hansı oyunçu gəlir?
- Uzun illərdir "Şaxtyor"da (Donetsk, Ukrayna) çıxış edən Dario Srna. O, ölkəmizdə də kifayət qədər tanınmış futbolçudur.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |