Rövnəq Abdullayevlə kolbasa çörək yeməsindən danışdı
“Rövnəq Abdullayev çox yaxşı tələbə idi. Dərslərini yaxşı oxuyurdu. Əlaçı idi, həmçinin də qrup nümayəndəsi idi”. Stadium.az xəbər verir ki, bunu Azvision.az-a açıqlamasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və AFFA-nın prezidenti Rövnəq Abdullayevin qrup yoldaşı Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun (BDÖZ) direktoru Ayaz Qarayev deyib.
O, ötən gün 50 yaşı tamam olan Rövnəq Abdullayevin tələbəlik illərindən danışıb və xoş xatirələrini bölüşüb:
“Biz Rövnəq müəllimlə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda bir qrupda oxumuşuq. Onunla tələbəlik illərində yaxın münasibətimiz olub. Daha sonra onunla birlikdə Moskva İnşaat Mühəndisləri İnstitutuna daxil olmuşuq”.
A.Qarayevin sözlərinə görə, ARDNŞ prezidenti tələbəlik vaxtı əlaçı olub: “Onunla Sənaye və mülki tikinti fakültəsində təhsil alırdıq. Rövnəq müəllim dərslərə həmişə hazır gəlirdi. O, daha çox texniki fənlərlə maraqlanırdı. Daha sonra biz Moskvada təhsilimizi davam etdirdik. O zamanlar bir yataqxanada qalırdıq. Rövnəq müəllim əla tələbə və qrup yoldaşı idi”.
A.Qarayev tələbəlik illərində qeyd olunan ad günləri ilə bağlı xoş xatirələrində bölüşüb. “O vaxtlar biz bütün qrup yoldaşlarımızın ad günlərini qeyd edirdik. Tələbəlikdə kolbasa çörək alıb, bir yerə toplaşardıq. Bununla da biz ad günü keçirirdik”.
A.Qarayev R. Abdullayevlə arada bir görüşdüyünü də deyib: “Hazırda mən müəssisə rəhbəriyəm. Rövnəq müəllimlə hərdənbir görüşürəm. Görüşlərimiz yalnız işlə əlaqədar olur”. Sonda isə A. Qarayev Rövnəq Abdullayevi yubileyi münasibətilə təbrik edib: "Rövnəq müəllimə can sağlığı və uzun ömür arzu edirəm. Şərəfli işində daha da böyük nailiyyətlər əldə etsin. Qardaş qardaşa nə arzu edirsə, mən də qrup yoldaşıma onu arzu edirəm",
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |