Rauf Əliyev: "Mən futbolçuyam, bu mənim işim deyil"
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Bakıda Qazaxıstana 3:2 qalib gələn Azərbaycan yığma komandasının hücumçusu Rauf Əliyev qarşılaşma barədə fikir bildirib. Stadium.az xəbər verir ki, gənc futbolçu oyunu bu cür dəyərləndirib: "Oyun istədiyimiz kimi başlamadı. Qazaxların qolu bizə psixoloji təsir etdi. İlk hissədə oyunumuz alınmadı. Mahir sağ olsun ki, Belçika ilə oyundakı kimi yenə gözəl ötürmə verdi və mən qol vurdum. Bu, hər hansı bir ev tapşırığı deyil. Sadəcə, artıq bir birimizi yaxşı başa düşürük. 3-cü qoldan sonra bir epizoda da fərqlənə bilərdim, lakin alınmadı". Rauf komandanın bundan sonrakı oyunları ilə bağlı da fikir bildirib: "İndi xalımızı artırmaq barədə düşünməliyik. Avstriya güclü komandadır, amma uğurlu nəticə qazanmağa çalışacağıq. Mənim üçün millinin baş məşqçisinin dəyişib-dəyişməməsinin elə də bir fərqi yoxdur. Əslində, bu, bir futbolçu kimi mənim işim deyil. Hər halda bu barədə federasiya qərar verməlidir. Amma, mənim fikrimcə, baş məşqçi dəyişikliyinə ehtiyac yoxdur".
premyerliqa.az
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |