Ağasəlim Mircavadov: "Bu oyunda psixoloji durum böyük rol oynayacaq".
Premyer Liqanın beşinci turunun mərkəzi görüşü sözsüz ki, "Xəzər Lənkəran" – "Neftçi" qarşılaşması olacaq. Stadium.az xəbər verir ki, mövsümə uğurlu start verən Lənkəran təmsilçisi fırtınalar meydanında əzəli rəqibini qəbul edəcək. Vaxtilə hər iki komandanı çalışdırmış Ağasəlim Mircavadov "Böyük oyun"un nə vəd etdiyini söylədi: "Böyük oyun"a maraq da böyük olur. Həm azarkeş, həm də komandalar tərəfindən. Lənkəranda onsuz da azarkeşlər oyuna gəlir. Xüsusilədə, derbi oyununa. Geridə qalan 4 tura nəzər salsaq, üstünlük "Xəzər Lənkəran"dadır. "Neftçi" üç, "Xəzər Lənkəran" isə iki xal itirib. Nəzərə alaq ki, "Neftçi"nin bir oyunu da ehtiyat qalıb. Ümumi xalları götürsək, bu oyunun gərgin keçəcəyini söyləmək olar. Ən azından "Neftçi" əzəli rəqibindən uzaqlaşmamaq üçün mütləq qələbə qazanmaq istəyəcək. Öz növbəsində "Xəzər Lənkəran" da xal ehtiyatını artırıb liderliyini davam etdirməyə çalışacaq. Bu baxımdan "Böyük oyun" hər iki komanda üçün vacib sayılır. Belə matçlarda oyunun taleyini lider oyunçular həll edir. Bu oyunda qalib gəlmək istəyən komandada psixoloji durum da böyük önəm daşıyacaq". Ağasəlim Mircavadov Mirça Rednikin "Razıyıq çempion olmayaq, amma "Neftçi"ni udaq" açıqlamasına da münasibət bildirdi: "Hər bir baş məşqçinin öz fikri var. Ona da hörmətlə yanaşmaq lazımdır. Bu oyunda qələbə qazanacaq komandanın çempionluq şansları çoxalacaq. Beşinci tur olmasına baxmayaraq bunu indidən söyləmək olar. Məsələn, ötən mövsüm "Neftçi" qalib gələrək rəqiblərindən uzaqlaşdı. Ona görə indidən rəqiblərdən uzaqlaşmaq lazımdır. Rednikin mətbuata daha bir açıqlamasını oxumuşam. O, deyib ki, orta xətti hələ ki, tapa bilməmişəm. Məhz həmin mövqedəki oyunumuzu axtarırıq. Bu oyunda hər iki komandaya uğurlar arzulayıram".
premyerliqa.az
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |