10 məğlubiyyətsiz oyun və ya ən uğurlu mövsüm
“Qəbələ” Premyer Liqanın XXXIII turunda “Sumqayıt”la üz-üzə gəlib. Stadium.Az xəbər verir ki, səfər oyununda 2:0 hesabı ilə qalib gələn “qırmızı-qaralar” uğurlu seriyalarını bu matçda da davam etdirib.
Ardıcıl 6-cı səfər qələbəsi
Bu il fevralın 10-da səfərdə “Simurq”a 0:2 hesabı ilə məğlub olan Roman Qriqorçuk həmin oyundan sonra rəqib meydanında xal itirmir. “Qarabağ”ı 1:0, “İnter”i 2:1, AZAL-ı 4:0, “Neftçi”ni 3:1, “Xəzər Lənkəran”ı 1:0 hesabı ilə məğlub edən “Qəbələ” Sumqayıtın eyniadlı komandası ilə matçda ardıcıl 6-cı səfər qələbəsini qazanıb. Bu da klub tarixinin rekordudur.
10 məğlubiyyətsiz oyun
“Qəbələ” fevralın 15-də “Neftçi” ilə ev oyununda (1:3) xal itirdikdən sonra çempionat matçlarında uduzmayıb. Paytaxt təmsilçisi ilə qarşılaşmadan sonraya təsadüf edən seriya müddətində “qırmızı-qaralar” 28 xal qazanıb. 6 səfər oyunu ilə yanaşı, “Xəzər Lənkəran” (3:1), “Sumqayıt” (2:0), “Simurq” (1:0) və “Qarabağ”la (1:1) ev oyunlarında da “Qəbələ” məğlubiyyət acısı yaşamayıb. Komandamızın Premyer Liqadakı ən uzun məğlubiyyətsiz oyunlar seriyası 2011-ci ildə qeydə alınıb. Həmin vaxt “qırmızı-qaralar” 16 matçda heç kimə yenilməyib.
11 qollu oyun
“Simurq”la fevralın 10-da baş tutan qarşılaşmadan sonra Qriqorçukun yetirmələri 11 matçdır meydanı qolsuz tərk etmir. Bu görüşlərdə komandamız 21 dəfə fərqlənib. İndiki seriya klub tarixinin yeni rekordudur. 2006-cı ildən Premyer Liqada çıxış edən “qırmızı-qaralar” indiyədək belə məhsuldarlıq nümayiş etdirməmişdi.
Ən uğurlu mövsüm
Cari mövsümdə son səfər matçını keçirən “Qəbələ” Premyer Liqanı 2 ev oyunu ilə bitirəcək. Rəqib meydanlarında 9-cu qələbəsini qazanan, qol sayını 23-ə, top fərqini 5-ə, xal hesabını 30-a çatdıran “qırmızı-qaralar” mövsümlər üzrə ən yaxşı nəticələrini göstərib. Bu 4 rekordun hamısı ötən mövsümün göstəricilərinin yenilənməsi ilə gerçəkləşib. Həmin 18 səfər oyununda 8 qələbəsi, 21 qolu, 3-ə bərabər top fərqi və 29 xalı olan komandamızın rekordları cəmi 1 ildən sonra yeniləndi.
32-ci qol
Klub tarixinin ən məhsuldar futbolçusu olan Viktor Mendi “Sumqayıt”la oyunda 2-ci qolu vurmaqla “qırmızı-qaralar”ın heyətində 32-ci dəfə fərqlənib. O, “Qəbələ” tarixinin ən məhsuldar oyunçuları siyahısında Dodo (23), Rövşən Əhmədov (20), Kənan Kərimov (18), Yannik Kamanan (17), Deon Bartonu (15) qabaqlayır. Premyer Liqada 28-ci qolunu vuran seneqallı hücumçu Dodo (21), Yannik Kamanan (16), Deon Bartonla (15) fərqi artırıb.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |