Arif Əsədov: "Neftçi"də dəyişən bir şey yoxdur"
"Keçən il olduğu kimi bu il də "Böyük oyun"un maraqlı keçəcəyini gözləmək olar. Bu cür matçlar altı xallıq oyunlardır. Komandaların hazırki durumlarının pis və yaxud da yaxşı olmasına baxmayaraq, bu oyuna xüsusi hazırlaşırlar. Öz aralarındakı prinsipiallıq üçün oynayacaqlar. Düzdür, "Neftçi"dən fərqli olaraq "Xəzər Lənkəran" yalnız iki xal itirib. Psixoloji cəhətdən "Xəzər Lənkəran" üstündür". Stadium.az xəbər verir ki, bu sözləri ötən mövsüm "Neftçi"ni çalışdırmış Arif Əsədov deyib.
Ötən mövsüm "Neftçi"nin baş məşqçi postunda derbi həyəcanını yaşayan Əsədov Mirça Rednikin: "Razıyıq çempion olmayaq, amma "Neftçi"ni udaq"açıqlamasına da münasibət bildirdi: "Rednik bunu, yəqin ki, azarkeşlər üçün deyib. Baş məşqçi oyunun strategiyasını da fikirləşməlidir.
Onun da qarşısına məqsəd qoyulub. Bu məqsədə çatmaq üçün balansı saxlamaq lazımdır. Hər bir baş məşqçi çempion olmaq istəyər. Çünki tarixdə çempionluq qalır".
Gənc mütəxəssis "Neftçi"nin sərgilədiyi oyuna da münasibət bildirdi: "Bir neçə oyunlarına baxmışam. Dəyişən bir şey yoxdur. Ötən mövsümkü heyət, taktika və sxemlə davam edirlər. Amma hər bir məşqçinin öz oyun fəlsəfəsi var. Oyunçulardan nə tələb etdiyini, hansı tapşırıqlar verdiyini, təbii ki, mən deyə bilmərəm. Amma belə komandanın oyununda dəyişən bir şey yoxdur".
Futbolçu dönəmində müxtəlif illərdə "Xəzər Lənkəran" və "Neftçi"nin kapitan sarğısını daşımış Arif Əsədov "Böyük oyun"da baxımlı futbola azarkeşlik edəcəyini bildirdi: "Mən baxımlı futbola azarkeşlik edəcəm. Ancaq "Neftçi"yə simpatiyam var".
|
||||||
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |