Şefer: «Komandanı tanımağım altı aya yaxın vaxt apardı»
Dünən «Bakı»nın keçmiş baş məşqçi Vinfred Şefer klub prezidenti Hafiz Məmmədovla görüşdü. Təxminən bir saat sürən söhbətləşmədən sonra Şefer bu dəyişikliklə bağlı "Stadium.Az"a açıqlama verdi. Almaniyalı mütəxəssis bildirdi ki, Azərbaycandan gedişi bəzi obyektiv və subyektiv səbəblərlə bağlıdır: "Mən "Bakı"ya daha böyük iddia və məqsədlərlə gəlmişdim. Təəssüf ki, əməkdaşlığımız istədiyimiz kimi alınmadı. Hər halda keçən müddətdə daha böyük işlər görə bilərdik. Hər şey Avroliqadakı məlum olaylardan başladı. UEFA-nın Joel Epalleyə görə bizə verdiyi məğlubiyyətindən birinci mərhələdə mübarizəni dayandırdıq. Hər iki oyunda "Buduçnos"tu meydanda udsaq da, çıxışımızı dayandırdıq və bu, bizə psixoloji cəhətdən böyük təsir elədi. Komandanı götürəndə hələ çox şey mənim üçün qaranlıq idi. Futbolçuları yaxından tanımırdım, Azərbaycan çempionatının səviyyəsinə bələd deyildim. Çox ağır günlər keçirdik, çətin anlar yaşadıq. Vəziyyət elə gətirdi ki, komandanı tanımağım altı aya yaxın vaxt apardı. Mövsümün birinci dövrəsində komandanı nisbətən özünə gətirsəm də, stabil nəticələr qazana bilmədik. Amma bu gün "Bakı" bəlli bir məqsəd üzərində dayanıb. Getsəm də, indi də arzulayıram ki, komanda məndən sonra ilk "altılığ"a vəsiqə qazansın. Məncə bu məqsədə çatmaq şansı heç də az deyil. Açığı, "Bakı"nın "altılığ"a düşməsini ən çox prezidentə görə istəyirəm. Bir dost kimi burdan ayrılıram. Bir-birimizə hörmətimiz qalır. Buna heç bir şübhəniz qalmasın".
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |