Anar Salmanov Xaqani Məmmədovla bağlı şok faktlar açıqladı VİDEO
Azərbaycan teleməkanının populyar futbol proqramlarından olan "TOP TOP"un növbəti buraxılışı efirə gedib. Stadium.Az xəbər verir ki, verilişin aparıcısı Elçin Cəfərovun bu dəfəki qonaqları beynəlxalq dərəcəli hakim Anar Salmanov, "Neftçala" klubunun baş məşqçisi Kamal Quliyev və jurnalist Hacı Mərdan olub. "TOP TOP"da Azərbaycan Premyer liqa oyunlarından və bu matçlarda baş verən hakim səhvlərindən danışılıb. Anar Salmanov isə AFFA Hakimlər Komitəsinin rəhbəri Xaqani Məmmədovun ünvanına sərt fikirlər səsləndirib: "Azərbaycan futbolunun korifeyi Ələkbər Məmmədovun 85 illiyi münasibətilə keçirilən futbol matçında təşkilati işləri bizim dəyərli hakimimiz Rüstəm Rəhimov edib. Oyun isə AFFA-nın işçiləri ilə veteran futbolçular arasında olub. Matçın ilk hissəsini Rüstəm Rəhimov, ikinci hissəni isə gənc hakim Ceyhun Əzizov idarə edib. Bu oyunda hörmətli baş katibimiz Elxan Məmmədov da oynayırdı. Görün bu görüşdən sonra biz nə ilə üzləşirik? Matçı idarə edən gənc hakimlər AFFA-nın hakimlər komitəsinin sədri Xaqani Məmmədov tərəfindən cəzalandırılıb. Bu biabırçılıqdır. Xaqani Məmmədov, birincisi sən özünə bax ki, kimsən? Elxan Məmmədovun oynadığı, Rüstəm Rəhimovun idarə etdiyi görüşün gənc hakimlərini cəzalandırısan. İkincisi, sən Tofiq Bəhrəmovun, Ələkbər Məmmədovun xatirə oyunlarında gəlib özün iştirak etmirsənsə, hansı gələcəkdən danışırsan? Sən bu tədbirləri gənc hakimlər arasında təbliğ etmək əvəzinə, gör nə işlə məşğulsan? Sən keçmişini bir yadına sal, ay Xaqani. Rüstəm Rəhimov həmin insandır ki, 10 il əvvəl Ramiz Mirzəyevin futbola rəhbərlik etdiyi dönəmdə səni hakimlikdən uzaqlaşdıranda, o, prezidentdən xahiş edərək səni futbolda saxlayıb. Amma indi sən onun telefon zənglərinə cavab vermirsən". Anar Salmanov "TOP TOP" verilişində şok faktlar açıqlayıb. Bir sözlə baxmağa dəyər.
"TOP TOP" verilişi hər həftənin bazar ertəsi saat 20:00-da "CHATBOX" kanalında canlı yayımlanır. "CHATBOX" kanalını KATV kabel televiziyası şəbəkəsində və myvideo.az saytında izləmək olar. Proqramın mayın 11-də efirə gedən buraxılışının videoyazısını təqdim edirik:
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |