"Qəbələ" seçim qarşısında: Türkiyə, Avstriya, yoxsa Sloveniya?
“Qəbələ”nin növbəti mövsümə hazırlığı ilə bağlı plana qismən aydınlıq gəlib. Stadium.Az xəbər verir ki, bu il ölkəmizi Avropa Liqasında təmsil edəcək “qırmızı-qaralar” hazırlıq məqsədilə iyunun 8-də bir araya gələcək.
Klubun qəzetinə bu barədə məlumat verən əsas komandanın rəisi Səbuhi Səfiyarlı hazırlığın iyunun 24-dək davam edəcəyini bildirsə də, ölkəxaricindəki təlim-məşq toplanışının hansı məkanda baş tutacağının hələ
dəqiqləşmədiyini deyib: “Avroliqaya hazırlıq dövründə 4 yoxlama oyunu keçirmək istəyirik. Matçlar üçün tarixlər nəzərdə tutulsa da, dəqiq olmadığından hələ açıqlamağı lazım bilmirik. Hansı ölkədə yoxlama oyunu
keçirməyə rəqib tapsaq, oraya yollanacağıq. Məkan seçimiylə əlaqədar olaraq, Türkiyənin Ərzurum şəhərinə yollanmışdım. Şərait yaxşıdır, orada toplanış keçirmək istəyirik. Ancaq rəqib olmasa, başqa məkanda hazırlıq keçməli olacağıq. Hazırda 3 variant var – Türkiyə, Avstriya və Sloveniya. Seçimdə əsas şəraiti nəzərə alacağıq”.
Hazırlıq proqramına əsasən “qırmızı-qaralar” iyunun 24-də Qəbələyə qayıtmağı planlaşdırır. Bundan sonra komandaya 2 günlük istirahət veriləcək. İyunun 27-dən isə Avropa Liqasında ilk oyunun hazırlığına başlanacaq. “Qəbələ”nin rəqibi iyunun 22-də UEFA-nın Nyon şəhərindəki mənzil- qərargahında olacaq püşkatmada müəyyənləşəcək. Komandamız I təsnifat mərhələsinin ilk oyununu - iyunun 3-dəki matçını səfərdə oynamalı olarsa, toplanış keçəcəyi məkandan birbaş həmin ölkəyə yollana bilər.
Cari mövsümdə sonuncu oyununu mayın 28-də Qəbələdə “Bakı”yla keçirəcək komanda bundan sonra 11 günlük istirahətə buraxılacaq.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |