Gəncəli azarkeşlərdən üsyan: Mehman Allahverdiyevdən beziblər...
“Kəpəz” yeni mövsümdən Premyer Liqada çıxış edəcək.
Bunu eşidən komandanın prezidenti Mehman Allahverdiyev isə tələsik vəzifəsin
baş məşqçiliyə dəyişdi. Yəni yeni mövsümdən “Kəpəz”in baş məşqçisi Mehman
Allahverdiyev olacaq. Bu məqam isə gəncəli futbol azarkeşlərinin narazılığına səbəb
olub. Belə ki, SSRİ dövründən “Kəpəz”ə azarkeşlik edən 10-larca veteran azarkeş
redaksiyamıza müraciət etdilər. Aralarında Pərviz, Zöhrab, Xalid, Samir,
Qurban, Orxan, Zabit adlı ortayaşlı olan “Kəpəz” azarkeşləri yeni komandanın
Mehman Allahverdiyevə yox, Gəncə futbolunun ən tanınmış siması olan Mahmud
Qurbanova tapşırılmasın tələb edirlər:
“Bizlər neçə illərdi Gəncə futbolunun içindəyik.
Bu illər ərzində “Kəpəz” və “Gəncə”də çox məşqçilər görmüşük. Onların
hamısında, necə insanlar olmasında çox yaxşı bilirik. İndi “Kəpəz” Premyer
Liqada çıxış edəcək və hamı göz dikib baş məşqçi olmağa. Biz istəyirik ki,
komandanı gənclərlə işləməyə üstünlük verən Mahmud Qurbanov çalışdırsın.
Konkret olaraq “Kəpəz”də Mahmud Qurbanovu görmək istəyirik. Onun zamanında gənclərə
üstünlük verilib. O biri məşqçilərin hamısın görmüşük. 20 ildir bilirik ki, nə
var, nə yox. Mahmud Gəncə futbolunun fəxridir.
Komandanın baş məşqçisi olacağı deyilən Mehman
Allahverdiyevin “Kəpəz”də etdikləri danılmazdır. Amma son 10 ildə heç nə ilə
yadda qalmayıb. İndi müasir futbolu bilən mütəxəssisə ehtiyac var.
Biz heç kimdən narazı deyilik, amma yaxşı
olanı görmək istəyirik. Gəncə futbolunun sadiq azarkeşləriyik və hər məşqçiyə bələdik.
Mahmud Qurbanov müasir futbolu bilir və gənclərə üstünlük verir. “Kəpəz”ə də
belə məşqçi lazımdır. Ancaq o adam əncədə yeni futbolçular üzə çıxarda bilər.
Mahmud müəllimin vaxtında Premyer Liqada çıxış edən gəncəli futbolçular
sonradan I Divizionda oynayan komandaya götürülmədi. Buna görəmi Mehman
Allahverdiyevdən razılıq etməliyik? O futbolçular dağıldı, o cavan istedadlar
getdilər fəhləçilik etməyə. Bunu görüb Mehman müəllimə necə yaxşı deyək? SSRİ
vaxtından Gəncə futboluna azarkeşlik edirik. Burda ac həriflər Gəncə futboluna
düşmən kəsiliblər. Özlərinə sərf edən insanları oynadırlar ancaq və sponsorları
da küsdürürlər. İki ildi Mehman Allahverdiyev “Kəpəz”ə rəhbərlik edir. klubda 7
yaş qrupu üzrə komanda olmalıdır. Ancaq iki komanda var və 3 məşqçisi.
Onlarında ikisinin kateqoriyası yoxdur. Belə savadsız məşqçilər necə futbolçu
yetişdirə bilər axı? Dediyim kimi, 7 yaş qrupu üzrə komanda olamlıdır və burada
çalışan hər bir məşqçi üçün 300 manat maaş ayrılır. Ancaq hər birinə cəmi 150
manat verilir. Mehman müəllimi necə istəyək? Burda nə U-19, nə U-17 var. Cəmi
bir dənə U-15 var. Qalan hamısı çöldə qalıb.
Biz yaxşı bilirik ki, yeni sponsorlarla Mahmud
Qurbanov Gəncə futboluna gəlsə dirçəliş olacaq. Çünki Gəncədə bütün futbolsevərlər
Mahmudu sevir. Mahmud işləyəndə çoxlu gənc istedad üzə çıxartmışdı. Ancaq sonra
hamısını batırdılar, yox etdilər.
Biz istəyirik ki, “Kəpəz” Bakıda yox, elə Gəncədə
oynasın. Bakıda oynayan “Kəpəz”ə necə Gəncə klubu demək olar? Deyirlər stadion
tikiləcək, köhnənin təmirinə başlanılacaq, amma heç bir iş görülmür. 2009-cu
ildən belə deyilir, amma ortada heç bir iş yoxdu”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |