"Qarabağ"ın qızılı, "İnter"in bürüncü rəsmiləşdirdiyi tur
Azərbaycan Premyer Liqasının 2014/15 mövsümünün son 2 turu yalnız bürünc medallar baxımından əhəmiyyət kəsb edəcək. Stadium.az xəbər verir ki, XXXIV tur ilk 2 pillənin sahibini rəsmiləşdirib.
“Sumqayıt”a 1:0 hesabı ilə qalib gələn “Qarabağ” qızıl, “Qəbələ” ilə matçda 1:1 hesablı heç-heçəylə kifayətlənən “İnter” gümüş medallara sahib çıxıb. Onların hər ikisi ötən mövsümkü nəticəsini təkrarlayıb. Əgər 3-cü olan “Qəbələ” də mövqeyini qorusa, Azərbaycan futbolu tarixində ilk dəfə mükafatçı “üçlüy”ü dəyişməz qalacaq. İlk 2 pillənin dəyişməyəcəyi isə artıq rəsmiləşib. İndiyədək belə hal 1 dəfə yaşanmışdı. 2010/11 və 2011/12 mövsümündə “Neftçi” və “Xəzər Lənkəran” müvafiq olaraq, qızıl və gümüşü ardıcıl 2 dəfə qazanmışdı.
“Qarabağ”ın çempionluğuna gəlincə, ağdamlılar ümumilikdə 3-cü, ardıcıl 2-ci dəfə qızıl qazanıb. Ötən mövsümdə çempion olan komanda ardıcıl 2 dəfə bunu bacaran 4-cü komandadı. Bunadək 2 dəfə “Neftçi” (1995/96, 1996/97 və 2003/04, 2004/05), hərəyə 1 dəfə “Kəpəz” (1997/98, 1998/99) və “Şəmkir” (1999/2000, 2000/01) bunu bacarmışdı. Ardıcıl 3 çempionluq isə yalnız “Neftçi”yə (2010/11, 2011/12, 2012/13) nəsib olub.
“Qarabağ” 3 çempionluqla “Kəpəz”ə çatıb. 8 qızılı olan “Neftçi” isə mütləq rekordçudu. Bu 3 komandadan başqa, “Şəmkir”, “Bakı” və “İnter” hərəyə 2, “Turan”la “Xəzər Lənkəran” hərəyə 1 dəfə Azərbaycanın ən yaxşısı olub.
Hesabında 2 gümüş və 3 bürünc də olan “Qarabağ” 8-ci mükafatını əldə edib. Medal sayında 2-ci olan ağdamlılar yalnız “Neftçi”dən geri qalır. Bakılılar izləyicisini təxminən 2 dəfə üstələyir – 15 medal.
Mükafat sayında 3-cü olan “İnter” 7-ci dəfə “üçlüy”ə düşüb. 2 qızıl, 2 bürüncü olan “bankirlər” 3-cü dəfə gümüş əldə edib. Gümüş sayında yalnız “Xəzər Lənkəran” daha çox ikincilik qazanıb - 4 dəfə.
“İnter” ardıcıl 4-cü dəfə “üçlük”də yer alıb. İki bürüncdən sonra bakılılar 2 gümüş qazanıb. Ardıcıl medal sayında rekord “Neftçi”nindi. 1998/99 mövsümündən 2006/07 mövsümü də daxil olmaqla, hər çempionatda “ağ-qaralar” medal qazanıb. “Kəpəz”lə “Şəmkir” də ardıcıl 4 mövsüm medal qazana bilib. “Qarabağ” isə ardıcıl mükafat sayını bu il 3-ə çatdırdı.
mövsüm | çempion | II yer | III yer |
1992 | “Neftçi” Bakı | “Xəzər” Sumqayıt | “Turan” Tovuz |
1993 | “Qarabağ” Ağdam | “Xəzər” Sumqayıt | “Turan” Tovuz |
1993/94 | “Turan” Tovuz | “Qarabağ” Ağdam | “Kəpəz” Gəncə |
1994/95 | “Kəpəz” Gəncə | “Turan” Tovuz | “Neftçi” Bakı |
1995/96 | “Neftçi” Bakı | “Xəzri” Buzovna | “Kəpəz” Gəncə |
1996/97 | “Neftçi” Bakı | “Qarabağ” Ağdam | “Xəzri” Buzovna |
1997/98 | “Kəpəz” Gəncə | “Dinamo” Bakı | “Şəmkir” |
1998/99 | “Kəpəz” Gəncə | “Şəmkir” | “Neftçi” Bakı |
1999/2000 | “Şəmkir” | “Kəpəz” Gəncə | “Neftçi” Bakı |
2000/01 | “Şəmkir” | “Neftçi” Bakı | “Viləş” Masallı |
2001/02 | yarımçıq qalıb |
|
|
2003/04 | “Neftçi” Bakı | “Şəmkir” | “Qarabağ” Ağdam |
2004/05 | “Neftçi” Bakı | “Xəzər-Lənkəran” | “Karvan” Yevlax |
2005/06 | “Bakı” | “Karvan” Yevlax | “Neftçi” Bakı |
2006/07 | “Xəzər-Lənkəran” | “Neftçi” Bakı | “Bakı” |
2007/08 | “İnter” Bakı | “Olimpik” Bakı | “Neftçi” Bakı |
2008/09 | “Bakı” | “İnter” Bakı | "Simurq" Zaqatala |
2009/10 | “İnter” Bakı | “Bakı” | "Qarabağ" Ağdam |
2010/11 | “Neftçi” Bakı | “Xəzər-Lənkəran” | "Qarabağ" Ağdam |
2011/12 | “Neftçi” Bakı | “Xəzər-Lənkəran” | “İnter” Bakı |
2012/13 | “Neftçi” Bakı | "Qarabağ" Ağdam | “İnter” Bakı |
2013/14 | "Qarabağ" Ağdam | “İnter” Bakı | "Qəbələ" |
2014/15 | "Qarabağ" Ağdam | “İnter” Bakı |
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu postda 2-ci qızılını qazanıb. O, çempionluq sayında Ağasəlim Mircavadov (5), Kazbek Tuayev (4), Mehman Allahverdiyev və Böyükağa Hacıyevdən (hər ikisi 3) sonra 5-cidi. Digərləri isə 1 dəfə qızıl medal əldə edib.
Ümumilikdə isə Qurbanov 6-cı dəfə Azərbaycan çempionu olub. O, futbolçu kimi 1993/94 mövsümündə “Turan”, 1996/97, 2003/04 və 2004/05 mövsümlərində “Neftçi” ilə qızıla yiyələnib. Futbolçu kimi ölkə rekordu isə 11 qat çempion Mahmud Qurbanova məxsusdu.
Lakin gümüş və 2 bürüncü də olan Qurbanov ümumi medal sayında Allahverdiyevə (3 qızıl, 1 gümüş, 2 bürünc) çatıb. Onlar yalnız Mircavadovdan geri qalır – 5 qızıl, 1 gümüş, 1 bürünc.
5-ci medalını qazanan Kaxaber Sxadadzenin hesabında 1 qızıl, 2 gümüş, 2 bürünc var. Legionerlər arasında rekordçu olan mütəxəssis ümumi sıralamada 4-cü yerə şərikdi. Belə ki, Tuayevin də 5 medalı var – 4 qızıl , 1 gümüş.
mövsüm | çempion | II yer | III yer |
1992 | Əhməd Ələsgərov | Sabir Əliyev | Ruslan Abdullayev |
1993 | Ağasəlim Mircavadov | Sabir Əliyev | Ruslan Abdullayev |
1993/94 | Kazbek Tuayev | Ağasəlim Mircavadov | Mehman Allahverdiyev |
1994/95 | Mehman Allahverdiyev | Kazbek Tuayev | Vaqif Sadıqov |
1995/96 | Kazbek Tuayev | Nadir Qasımov | Mehman Allahverdiyev |
1996/97 | Kazbek Tuayev | Elbrus Abbasov | Rəşid Özbəyov |
1997/98 | Mehman Allahverdiyev | Yaşar Abdulov | Ramiz Kazımov |
1998/99 | Mehman Allahverdiyev | Asəf Namazov | Əhməd Ələsgərov |
1999/2000 | Ağasəlim Mircavadov | Mehman Allahverdiyev | Şamil Heydərov |
2000/01 | Ağasəlim Mircavadov | Oqtay Abdullayev | Qəhrəman Əliyev |
2001/02 | yarımçıq qalıb |
|
|
2003/04 | Kazbek Tuayev | Qəhrəman Əliyev | Şahin Diniyev |
2004/05 | Ağasəlim Mircavadov | Rasim Kara | Yunis Hüseynov |
2005/06 | Böyükağa Hacıyev | Yunis Hüseynov | Ağasəlim Mircavadov |
2006/07 | Ağasəlim Mircavadov | Qurban Qurbanov | Böyükağa Hacıyev |
2007/08 | Valentin Xodukin | Əshər Abdullayev | Anatoli Demyanenko |
2008/09 | Qyoko Hacievski | Valentin Xodukin | Roman Pokora |
2009/10 | Kaxaber Sxadadze | Cüneyt Biçər | Qurban Qurbanov |
2010/11 | Arif Əsədov | Mirça Rednik | Qurban Qurbanov |
2011/12 | Böyükağa Hacıyev | Yunis Hüseynov | Kaxaber Sxadadze |
2012/13 | Böyükağa Hacıyev | Qurban Qurbanov | Kaxaber Sxadadze |
2013/14 | Qurban Qurbanov | Kaxaber Sxadadze | Yuri Syomin |
2014/15 | Qurban Qurbanov | Kaxaber Sxadadze |
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |