İntizam komitəsi "Xəzər Lənkəran"ı cəzalandırdı
Bu gün AFFA intizam komitəsinin iclası keçirilib. Stadium.az xəbər verir ki, iclasda sonuncu turda baş verənlərlə bağlı müvafiq cərimələr kəsilib. İntizam Komitəsi aşağıdakı qərarları qəbul edib:
Premyer Liqanın V turunun “Xəzər Lənkəran”– “Neftçi” matçının 72-ci və 90-cı dəqiqəsində “Xəzər Lənkəran” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunur.
Premyer Liqanın V turunun “İnter” – “Simurq” matçında “İnter” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur.
Unibank Premyer Liqasının V turunun “Bakı” – “Rəvan” matçında “Rəvan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 (bir min) manat cərimə olunur (maddə 40). Oyunun 48-ci dəqiqəsində “Rəvan” klubunun 6 №-li futbolçusu Taqim Novruzov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 4000 manat cərimə olnur.
Premyer Liqanın V turunun “Qəbələ” – “Turan” matçında “Turan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur . Oyunun 84-cü dəqiqəsində “Qəbələ” klubunun məşqçisi Qari Stivens texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün məşqçi 1 oyunluq cəzalanır, klub 1000 manat cərimə olunur.
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin V turunun “Xəzər Lənkəran” – “Neftçi” matçında “Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur. Oyunun 68-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun 72 №-li futbolçusu Elvin Mirzəliyev kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün klub 100 manat cərimə olunur.
Azərbaycan I divizionunun I turunun “Şuşa” – “Tərəqqi” matçında “Tərəqqi” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.
Azərbaycan I divizionunun I turunun “Karvan” – MOİK matçının 23-cü dəqiqəsində MOİK klubunun 13 №-li futbolçusu Comərd Baxşəliyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 400 manat cərimə olnur. Oyunun 34-cü dəqiqəsində “Karvan” klubunun 1 №-li futbolçusu Amil Orucov sonuncu ümid görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olnur.
Azərbaycan I divizionunun I turunun “MKT Araz” – “Şəmkir” matçında “MKT Araz” klubunun 5 futbolçusu, “Şəmkir” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 100 manat cərimə olunur. Oyunun 90+4-cü dəqiqəsində “MKT Araz” klubunun 5 №-li futbolçusu Samir Babayev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 200 manat cərimə olnur.
Azərbaycan I divizionunun I turunun “Şahdağ” – “Muğan” matçında “Şahdağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.
Azərbaycan I divizionunun I turunun “Neftçala” – “Qaradağ Lökbatan” matçında “Neftçala” klubunun 7 futbolçusu, “Qaradağ Lökbatan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 100 manat cərimə olunur.
|
||||||
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |