"Qəbələ" ilk oyunda qalib gəldi
Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” ilk yoxlama oyununu keçirib. Stadium.az xəbər verir ki, iyunun 10-dan qonşu ölkədə hazırlıq keçən “qırmızı-qaralar” bu gün Ərzurumun U-21 komandası ilə qarşılaşıb.
Komandanın baş məşqçisi Roman Qriqorçuk milli komanda üzvlərinin iştirak etmədiyi matçda yeni transferlərə və əvəzedici heyətin üzvlərinə də şans verib.
“Qəbələ” qarşılaşmaya aşağıdakı heyətlə başlayıb: Dmitri Bezotosnı, Ürfan Abbasov, Vitali Vernidub, Rafael Santos, Yusif Nəbiyev, Qismət Alıyev, Aleksey Qay, Samr Zərgərov, Asif Məmmədov, Rəşad Sadiqov, Roman Hüseynov.
Son mövsümün bürünc mükafatçısı qarşılaşmaya erkən qolla başlayıb. Matçın 3-cü dəqiqəsində Qay fərqlənib. Meydan sahibləri 38-ci dəqiqədə Hasan Kadakın penalti zərbəsi ilə hesabda tarazlıq yaradıb.
Matçboyu hər 3 qapıçıya oyun praktikası qazanmaq imkanı yaradan Roman Qriqorçuk əvvəlcə Dmitri Bezotosnını Anar Nəzirovla əvəzləyib, 2-ci hissədə isə sonuncunun əvəzinə Andrey Popoviçi meydana buraxıb.
Oyunun ilk yarısında olduğu kimi ikinci hissədə də fəallıq nümayiş etdirən “qırmızı-qaralar” istəyinə 55-ci dəqiqədə çatıb. Bu dəfə rəqib komanda cəzalandırılıb və ukraynalı yarımmüdafiəçi Qay penalti zərbəsini dəqiq yerinə yetirərək dublunu rəsmiləşdirib. Bu qoldan sonra təmsilçimiz fərqi artırmağa çalışsa da, meydan sahiblərinin qapısına yol tapa bilməyib.
Beləliklə, “Qəbələ” 2015/16 mövsümünün hazırlığı çərçivəsində ilk oyununda 2:1 hesabı ilə qalib gəlib.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |