Rədd Olsun Şura!!! "Neftçi"mizinTək Xilaskarı Sadıq Sadıqovdur!!!
"Neftçi" azarkeşləri sosial şəbəkələrdə "Rədd olsun Şura", "Sadıq Sadıqov xilaskarımız" həştəqları ilə indiki rəhbərlikdən narazı olduqlarını dilə gətirirlər.
Ancaq son 2-3 gündə klub rəhbərliyi azarkeşlərin fəallaşmasından sözün əsl mənasında qorxub. Məhz buna görə də, klubun rəsmi səhifəsində etiraz rəyləri silinir, həmin azarkeşlər "ban" olunur və s...
Bu gün isə bir azarkeş redaksiyamıza məktub ünvanlayaraq, şəxsi fikirlərinin yer aldığı yazının yayımlanmasını xahiş edib. Həmin məktubu olduğu kimi təqdim edirik:
"Mən 5 yaşımdan "Neftçi"yə azarkeşlik edirəm. Özümdə hal-hazırda "Neftçi"nin ən böyük azarkeş səhifəsi olan "Neftçi Baku Fan Page"nin adminiyəm. Son günlər "Neftçi" azarkeşlərinin çoxunun fikrini nəzərə alaraq səhifədə "RəddOlsunŞura" "Neftçimizin Tək Xilaskarı Sadıq Sadıqovdur", "Çingiz Abdullayevdən hesabat tələb edirik" və s. bu cür paylaşımlar edirəm. Bundan narahat olan "Neftçi" rəhbərliyi müxtəlif yollarla mənə müdaxilə etməyə çalışır. Hətta mənə bu cür paylaşımların bir daha olmaması tələbi qoyuldu. Bunlar kölgəsindən də qorxandılar.
Niyə görə Çingiz Abdullayev, Şura bizə cavab vermir ?
Bu qədər acizik sizin qabağınızda ?
Görəsən Çingiz Abdullayevi "Baku 2015" məşəlini daşıyandan sonra görən olub heç ?
Niyə görə vacib səfər oyununda klubumuzun yanında olmadınız ?
Klub rəhbərliyi biz "Neftçi"lilərə hesabat verməyə borcludur! Bu klub heç kimin şəxsi əmlakı deyil.! Niyə görə hansısa klub azarkeşi "Neftçi"mizin bu halına gülməlidir ?
Bu gün isə öz istəyimlə səyfədəki istefa paylaşımlarıma son qoymadım,ümumiyyətlə səyfədəki fəaliyyətimə son qoydum.Biz sizin üçün muzdlu azərkeş deyilik !
Çoxları Sadıq Sadıqovu bəyənmir. Unutmayın ki, Azərbaycan futboluna qızıl hərflərlə yazılacaq izlər buraxdı Sadıqov. Nə tez yaddan çıxartdınız Sadıq Sadıqovu. Bəlkə o vaxta qədər Avroliqa qrupu görmüşdünüz ?
Son sözümdə budur ki Rədd Olsun Şura!!! NeftçimizinTək Xilaskarı Sadıq Sadıqovdur!!!"
Hörmətlə: Xanbaba Daşdı
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |