Medal sarıdan bol və ya Roy Hocsonun karyerasında iz buraxan bəstəboy yubilyar
“Qəbələ”nin daha bir gənc məşqçisinin 35 illik yubileyidir.17 yaşlı futbolçulardan ibarət komandamızın (U-17) baş məşqçisi Emin Imamaliyevin avqustun 7-də 35 yaşı tamam oldu. Bundan 4 öncə isə əvəzedici komandamızın məşqçisi Elmar Baxwiyev 35 illik yubileyini keçirdi.
Elmar Baxşıyevlə birləşdirən məqamlar
1980-ci il təvəllüdlü məşqçilərimiz futbolçu karyeraları dövründə də eyni klubun şərəfini qoruyublar. Bu, yalnız “İnter”də və 1 mövsüm – 2006/07-də olub. 2007-ci ildə “İnter” heyətində köklü islahatlar etməsi nəticəsində Elmarla da yollarını ayırır. Ukraynalı Valentin Xodukinin ötən mövsümdən saxladığı tək-tük futbolçulardan biri məhz Emin olur. Özü də Baxşıyevin uzun illər daşıdığı kapitan sarğısını gedişindən sonra məhz İmaməliyevə həvalə olunur. Baxşıyevlə İmaməliyevin hər ikisi yarımmüdafiəçi olsa da, funksiyaları fərqli olub. Belə ki, Elmar müdafiəyə, Emin isə hücumameylli oyunçu idi. Özü də yarımmüdafiənin cinahlarında, həm də mərkəzində oynamaq qabiliyyətinə malik idi.
Həmyaşıdlar arasında digər oxşar məqam milli çempionatımızda ilk addımlarını U-18 yığmasında, növbəti mövsümdə isə “Şəfa” adlanan komandada atmalarıdır. Acaq Elmarda fərqlii Emin “Şəfa” uzun illər oynayıb və özü də karyerası uğurlu alınıb. Təsadüfi deyil ki, o, futbolçu kimi məhz bu klubda tanınıb. İmaməliyev karyerasında ilk titulu 2001-ci ildə Azərbaycan kubokunu məhz “Şəfa”nın heyətində qazanır. Özü də qələbə topunu 85-ci dəqiqədə məhz o vurur.
Baş məşqçiləri ilə maraqlı bağlılıqları
İmaməliyevin “Şəfa”dan gedişiklubun süqutu dövründə olur. Belə ki, “Qarabağ” hələ “Qarabağ-Azərsun” adlandığı dövrdə onu heyətinə qatır. O, karyerasında çempionatımızın ilk medalını da məhz onun heyətində - 2003/04-də qazanır. Ümumiyətlə, Emin karyerasında il baxımından ən çox – 6 il Ağdam klubunda oynayır. Ancaq onun heyətində çempinatımızda keçirdiyi oyun sayı 5 il çıxış etdiyi “Şəfa”dan az olur. Çünki o, “Qarabağ”da son illərdə daha çox ehtiyatda olurdu. Bu amil onun karyerasına mənfi təsir göstərdi. Belə ki, futbolçu “Qarabağ”dan sonra yüksək yerlərdə iddialı olmayan “Kəpəz”də oynadı, karyerasını isə I divizionda çempion olan “Araz Naxçıvan”da bitirdi.
İmaməliyevin karyerasında işlədiyi baş məşqçilərlə maraqlı bağlılıqları olub. Məsələ ondadır ki, futbolçu onların hər biriylə həm klubda, həm də yığmada işləyib. Vaqif Sadıqovla Əsgər Abdullayev həm “Şəfa”da, həm də milli komandamızda (U-21-də) Eminin çalışdırıcısı olub. Abdullayev “Bakı”da və “Araz-Naxçıvan”da da futbolçuyla birgə çalışıb. O, İqor Ponomaryovun dövründə - 2001-ci ildə əsas yığmada debüt edib, sonra “Qarabağ”da onun rəhbərliyi altında oynayıb. Şahin Diniyevlə də həm millidə, həm də Ağdam klubuna birgə çalışıb. İmaməiyevin “Qarabağ” və “Kəpəz”də baş məşqçiləri olan Qurban və Mahmud Qurbanovlarla isə millidə komanda yoldaşı olub.
Həlledici qollar müəllifi
Emin karyerası boyu həlledici qollar vurmasıyla seçilib. Bu, əvvəl göstərdiyim kimi təkcə “Şəfa”ya kuboku qazandıranda olmayıb. 2006-cı ildə “Bakı” çempionluğunu son turda “İnter”ə Tofiq Bəhramov adına Respublika stadionunda qalib gəlməklə qazanıb – 1:0. Həmin yeganə qolu ilk hissədə İmaməliyev vurub. Maraqlıdır ki, bu, onun “Bakı”da son matçı olur və məhz “İnter”ə keçir.
Ancaq Eminin qollarından söz düşəndə, əsas yada düşən Finlandiya yığmasıyla rəsmi oyun düşür. Milli komandamız 2007-ci ilin martın 28-də Roy Hocsonun baş məşqçisi olduğu yığmaya 1:0 hesabı ilə qalib gəlir. Qələbə topunun müəllifi ikinci hissədə meydana çıxan və oyunun sonuna yaxın fərqlənən İmaməliyev olur. Bu, Şahin Diniyevin millimizin baş məşqçisi dövründə seçmə mərhələdə yeganə, yığmamızın isə Respublika stadionunda 6 ildən sonra qələbəsi olur. Hazırda İngiltərə yığmasını çalışdıran təcrübəli Roy Hocson isə məşqçilik karyerasında ən üzücü məğlubiyyətlərdən birini həmin vaxtda alır.
Bu, Eminin millimizdə yeganə qolu olur. Əslində, o, Karlos Alberto Toresin baş məşqçiliyi dövründə çağırılmamaqla oyun sayında çox geri düşür. Futbolçunun avrokuboklarda isə 2 qolu var ki, bunlar eyni komandaya – Makedoniyanın “Melalurq” klubuna vurulur. Bu, “Qarabağ”ın heyətində 2010-cu ildə Avropa Liqasının I təsnifat mərhələsindəki matçlar olur.
Məşqçi kimi debütdə "qızıl dubl"
İmaməliyev ən bəstəboy futbolçularımızdan olub. Boyu bəndəniz kimi cəmi 1,67 metr olsa da, bu, ona meydanda mane olmurdu. Millimizin Serbiya və Çernoqoriya yığmasıyla Podqoritsada 2:2 hesabıyla bərabərliklə nəticələnən tarixi oyununda əsas heyətdə yer alan, özü də sol cinah müdafaiəçisi mövqeyində oynayan Eminin ikinci hissədə necə hündürə tullanaraq başla qapıya zərbə endirməsi indiyədək gözümün qarşısında canlanır. Daha çox “10 nömrə”ylə oynayan İmaməliyevin Baxşıyev kimi kapitanlıq təcrübəsi böyükdür. O, hətta U-21-də bu sarğını daşıyıb.
Emin karyerası boyu mükafat baxımından qətiyyən korluq çəkməyib. Əksinə, bu sarıdan bol olub. Belə ki, o, 2 dəfə çempionluq qazanıb və hər ikisi də - həm “Bakı, həm də “İnter”lə klubların ilk qızıl medalı olub. Onun hesabında 2 ölkə kuboku var – “Şəfa” və “Qarabağ”la. Çempionatın gümüş medalçısı olmasa da, bürünc mükafatı 3 dəfə olub. Hər üçü də “Qarabağ”la. Göründüyü kimi, o, karyerasında mükafatların çoxunu bu klubda qazanıb.
Artıq 2-ci ildir məşçqiliyə başlayan İmaməliyev Ramiz Məmmədovun baş məşqçi postuna qayıdışından “Qəbələ”nin düşərgəsində olsa da, keçidi baş tutmadı. Əvəzində o, məşqçiliyə məhz bizim klubda başlayıb və özü də yenə mükafatçı olub. Belə ki, Emin ötən müvsüm Ramiz Quliyevin U-17-də köməkçisi idi və bu komanda mövsümü “qızıl dubl”la başa vurdu. Bununla yubilyar məşqçi kimi debütündə həm çempion, həm də kubok sahibi oldu. Quliyevin əvəzedici komandamızın baş məşqçi postuna gedişindən sonra U-17 İmaməliyevə həvalə olunur. İndi isə Quliyevin köməkçisi məhz Baxşıyevdir.
"Qəbələ Ik Qəzeti” İmaməliyevin yubileyini təbrik edir, ona futbolçu kimi məşqçilik həyatında da çoxlu mükafat qazanmağı arzulayır.
Ad günün mübarək, Emin!
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |