Elxan Məmmədovun ölkə futbolunu batırması barədə faktlar
"Qarabağ” – "Seltik” oyunu öncəsi Tofiq Bəhramovun adını daşıyan Respublika stadionunun ot örtüyü ilə bağlı yaşananlar hər birimizi narahat edirdi. Cəmisi bir il bundan əvvəl 500 min dollara alınan qazon bir-neçə günün içində məhv olmuşdu. Futboldan anlayanlar yaxşı bilir ki, Ağdam təmsilçisi qısa ötürmələrlə zəngin texnikalı oyuna üstünlük verir. Belədə stadionun ot örtyünün sıradan çıxması bilavasitə hündürboy və fiziki gücünə arxalanan futbolçulardan qurulmuş "Seltik”in işinə yaradı. Qarşılaşmanı izləyənlər bir daha şahid oldular ki, "köhlən atlar” bərbad örtük üzərində öz oyununu nümayiş etdirə bilmədilər. Yüz faizlik epizodda Rəşad Sadıqovun ayağının boşa çıxması, ötürmələrin ünvanına yetişməməsi sonda "Qarabağ”ın ÇL-nin qrup mərhələsi arzusunu bu mövsümlük də təxirə salmasıyla nəticələndi. Örtüyün yanmasının günahı havanın-suyun üzərinə atıldı, min bir bəhanə dərəsindən su gətirdilər. Belə bəhanələr nəticəni bizim xeyrimizə dəyişə bilməzdi və zərbə Azərbaycan futboluna, "Qarabağ”a dəydi. Dərd orasıdı ki, günahkarlar yenə də cəzalandırılmadı. Deməli, bir il sonra yenidən oxşar problemlərlə üzləşəcəyimiz qaçılmazdı. Çoxları düşünür ki, qazonun yanmasının ən böyük günahkarı stadionun direktoru Akif İsmayılovdu. Düzdü, bir direktor kimi İsmayılov stadionun hər bir sahəsinə cavabdehdi. Amma məsələ ondadı ki, qazona nəzarəti bir il bundan əvvəl Gənclər və İdman Nazirliyi rəsmi müqavilə ilə FSM (Football and Sport Management) şirkətinə həvalə edib. Məlum məsələdi ki, "yuxarılar”dan dəstəyi olmayan bir şirkətə bu cür məsuliyyətli və gəlirli iş tapşırılımazdı. Üstəlik, bu boyda birabırçılıqdan sonra heç kimin cəzalanmaması şübhələri daha da artırır.
Əvvəlcə iddia olunurdu ki, FSM nazir Azad Rəhimovun oğlunun nəzarətindədi. Sonradan bu iddiaları FSM-in rəhbəri Fərman Əlizadə təkzib etdi. Əlizadə sportal.az saytının sorğusuna cavab olaraq bildirib ki, şirkət 2012-ci ildə Bakıda keçirilən 17 yaşadək qızların dünya çempionatı ərəfəsində yaradılıb. Bu açıqlamadan sonra asanlıqla başa düşmək olur ki, FSM bilavasitə AFFA baş katibi Elxan Məmmədovun nəzarətindədi. 2012-ci ildəki dünya çempionatının təşkilati işlərinə Məmmədovun rəhbərlik etməsini unutmamışıq. Həmin vaxt hansısa kənar şirkətin onun rəhbərlik etdiyi işlərdən pay götürməsi mümkünsüz idi.
Daha bir məqama diqqət yetirin. AFFA-nın balansında olan "Bakcell Arena”ya da FSM "qulluq” edir. Ötən il "Neftçi”nin Avroliqa oyunlarında, millimizin Norveçlə qarşılaşmasında qazonun bərbad durumu, göz aldatmaqdan ötrü yaşıl boya ilə otun rənglənməsi hamımızın yadındadı. Norveç millisinin üzvləri mətbuata verdikləri açıqlamalarında bizi ələ salmış, fırıldaqçı kimi təqdim etmişdilər. "Seltik”lə oyun da bütün Avropaya yayımlanırdı. Yenə də dünya bizə güldü. Bütün bu rəzalətin günhakarları isə əlləri ciblərində, öz əməllərinə davam edirlər. Çünki AFFA-nın baş katibi bu işdə ciddi paya sahibdi və öz gəlirindən heç bir halda əl çəkməz. FSM – Elxan Məmmədov işbirliyini isbatlayan daha bir vacib məqam var. Yadınızdadırsa, bu şirkətin nümayəndələri ötən mövsümün gedişində "Bakı”nın bazasındakı əsas meydançada da çalışırdılar. Onları ora göndərən də baş katib idi. Həmin vaxtlar "Bakı” rəhbərliyi AFFA-nı fakt qarşısında qoyur, klubun Premyer Liqanı yarıda tərk edəcəklərini deyirdilər. Yadınızdadırsa, klubun futbolçulara olan borcunu ödəməyi də AFFA boynuna götürmüş, baş katib şəxsən "Qarabağ”la oyundan əvvəl paltardəyişmə otağına qədər getmişdi. Bütün bunlar ona görə edilirdi ki, "Bakı”nı infrastrurkturuyla birlikdə ələ keçirmək planlaşdırılmışdı. Sonradan baş katib Hafiz Məmmədovun ciddi müqavimətiylə üzləşdi və geri çəkilməyə məcbur oldu. Belədə AFFA-nın kluba dəstəyi də FSM-lə birlikdə geri çəkildi.
Sadaladıqlarımız baş katibin əməllərinin heç də hamısı deyil. Cəmisi 3-4 ay əvvəl cənab Məmmədov Azərbaycan çempionatında "qardaş” klublara, "danışılmış oyunlar”a qarşı olduğunu deyir, "Rəvan”a ağız büzürdü. Amma öz sözlərini çox tez unutdu. Premyer Liqanın 3 klubuna öz adamlarını yerləşdirən, "Neftçi”, "Kəpəz” və "Sumqayıt”a nəzarəti öz əlində cəmləşdirən, "İnter”i AFFA-nın puluyla səfərə göndərməklə asılı duruma salan baş katib hansı üzlə ədalətli oyundan, şəffaflıqdan danışa bilər? Sıravi azarkeş Elnur Məmmədovla Kamran Quliyevin rəhbərlik etdiyi, Mikayıl Nərimanoğlunun Müşahidə Şurasında yer aldığı klubların "yarışdığı” çempionatın "təmizliyi”nə necə inansın? Daha maraqlısı Elxan Məmmədovun fevralda ağız büzdüyü, may ayında lisenziya verməkdən imtina etdiyi "Rəvan”a yenidən qucaq açmağa məcbur olmasıdı. Bu da təsadüfi deyil. Son ana qədər "Simurq”a sponsor tapmağa, Zaqatala Olimpiya Kompleksinə klubla birlikdə nəzarətinə götürməyə çalışan baş katibin planı baş tutmadı. Klubun külli miqdarda borcunun olması, eləcə də Cahangir Hacıyevin Zaqataladakı kompleksi əldən buraxmağa razılaşmaması Məmmədovun geriyə addım atmasına səbəb oldu. Ardıcıl ikinci mövsüm 9 komandayla çempionat keçirməyin AFFA-nın, həm də özünün nüfuzuna zərbə olduğunu anlayan baş katib PFL prezidenti Ramin Musayevin bilavasitə məsləhətiylə Nuru Əliyevə barışıq əlini uzatdı. Bununla da özünü gülünc duruma saldı, qeyri-ciddi futbol məmuru olduğunu bir daha isbatladı.
Ölkə klublarının kasıblaması, futbola ayrılan neft pullarının azalması Elxan Məmmədovu da narahat edir. Milli futbolumuzun gələcəyindən ötrü yox, öz şəxsi gəlirlərinə görə. Belədə onun "Qəbələ”ylə yaxınlaşmaq cəhdləri anlaşılandı. Təsadüfi deyil ki, baş katib "qırmızı-qaralar”ın Avroliqadakı bütün oyunlarını stadiondan izləyir, qələbələrdən sonra jurnalistlərin qarşısına tələsir, bərli-bəzəkli açıqlamalar verir. Sanki Tale Heydərovun komandasının qazandığı uğurlarda əvəzsiz pay sahibidi. Eyni davranışın "Qarabağ”a qarşı sərgiləndiyini niyə görməmişik? Səbəb sadədi. "Qarabağ”da bütün məsələlər şəxsən Qurban Qurbanovun nəzarətindədi, ora kənardan müdaxilə etmək mümkün deyil. "Qəbələ”də isə vəziyyət başqadı. Klub prezidenti futboldan uzaqdı, çalışdırıcı isə əcnəbidi. Rəhbərlikdə yer alan azərbaycanlılara yol tapmaq, təsir etmək cənab Məmmədov üçün ciddi çətinlik törətməz. Bu isə gələcəkdə həm "milliləşdirilmiş” futbolçu biznesi, həm də baş katibin klublarıyla qarşılaşmalar zamanı manevr etmək üçün vacibdir.
Məmmədovun ölkə futbolunu istədiyi kimi "fırlatmasına” tək əngəl idman mətbuatıdır. Düzdü, müxtəlif yollarla mətbuata təsir imkanları da yox deyil. Amma ipə-sapa yatmayanlar, baş katibin "çevrəsinə” daxil olmağa razılıq verməyənlər də var. Belədə Elxan Məmmədovun sevimli metodu – "parçala, hökm sür” kara gəlir. Bu taktikanın şərtlərinə görə mətbuat nümayəndələrini üz-üzə qoymaq, onların arasında nifaq toxumları səpmək lazımdı. Hər şey plan üzrə getsə, həm mətbuatın diqqəti baş katibin əməllərindən yayınacaq, həm də qələm adamlarının enerjisi daha çox daxili çəkişmələrə sərf olunacaq. Bunun necə həyata keçiriləcəyi haqda da məlumata sahibik. Yaxın günlərdə oxucularımız da məlumatlı olacaqlar. (Sport7.az)
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |