"Biz ilk altılığa düşə bilərik, ancaq bu, çətin olacaq"
Peşəkar Futbol Liqası və Unibank Kommersiya Bankının Premyer Liqa klublarının baş məşqçiləri və kapitanları, həmçinin idman jurnalistləri arasında apardığı sorğunun nəticəsinə əsasən “Kəpəz”in yarımmüdafiəçisi Ceyhun Sultanov “avqust ayının ən yaxşı futbolçusu” seçilmişdir. Stadium.az xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə Ceyhun Sultanova PFL-in hədiyyəsi və “Unibank”ın pul mükafatı təqdim olunmuşdur.
İlk olaraq çıxış edən “Unibank”ın Marketinq Departamentinin rəhbəri Yevgeni Soltanov qalibi təbrik etdi: “Sorğuda Unibank Premyer Liqasında mübarizə aparan klublar və 31 KİV nümayəndəsi iştirak etmişdir. ”Ayın oyunçusu” nominasiyasında cari mövsümün ilk ayında qalib gələn Ceyhun Sultanov jurnalistlər arasında səslərin 87 faizini, baş məşqçilər və komanda kapitanları arasında mümkün olan 22 səsdən 9-nu toplayıb. “Kəpəz” klubunun şərəfini qoruyan Ceyhun Sultanovun qalib gəlməsi regionlarda futbolun inkişaf etdiyinin bir göstəricisidir”.
Daha sonra çıxış edən Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev sorğuda Ceyhun Sultanovla başabaş rəqabət aparan futbolçunun olmamasına diqqət çəkdi: “Ceyhun Sultanov cari mövsümdə 3 qol vurub və bir neçə qol ötürməsi verib. Bu, yaxşı nəticədir. “Xəzər Lənkəran”ın heyətində çıxış etdiyi vaxtlarda bir qədər kölgədə qalsa da, öz üzərində çalışaraq “Kəpəz”in heyətində baxımlı oyun nümayiş etdirir. Ümid edirəm ki, onu gələcəkdə milli komandanın da heyətində görərik”.
Tədbirdə çıxış edən "avqust ayının ən yaxşı oyunçusu" Ceyhun Sultanov sorğuda iştirak edənlərə minnətdarlığını bildirdi: “Çalışacağam ki, növbəti aylarda bundan da yaxşı oyun göstərim. Bu mövsüm bir neçə futbolçu yaxşı oyun nümayiş etdirir. Mən xüsusilə Rauf Əliyevin həm milli komandanın heyətində, həm də Premyer Liqada gözəl çıxış etdiyini bildirmək istəyirəm. Bu mükafata o daha çox layiq idi”.
"Kəpəz"in yarımmüdafiəçisi son turdakı uğursuzluq və milli komandanın heyətinə çağrılmamasına da münasibət bildirdi: ”Futbolda hər şey olur. Son oyunda məğlub olduq. Həmin oyunda qırmızı vərəqə aldım, ümumiyyətlə “Simurq”la oyunda komanda zəif təsir bağışladı. Ancaq ruhdan düşməyəcəyik. Biz ilk altılığa düşə bilərik, ancaq bu, çətin olacaq. Başqa kluba keçmək fikrim yoxdur. İstəyirəm futbolçu karyeramı “Kəpəz”in heyətində başa vurum. Məni milli komandanın heyətinə çağırsalar, canla-başla oynayaram. Ancaq baş məşqçi Berti Foqtsun qərarına hörmət edirəm”.
“Kəpəz” klubunun mətbuat xidmətinin rəhbəri Məqsəd Rəhimov Gəncədə futbolun inkişaf etdiyini vurğuladı: “Ceyhun Sultanova səs verənlərə “Kəpəz” futbol klubunun rəhbərliyi adından minnətdarlığımı bildirirəm. Ötən mövsüm “Kəpəz”in başqa bir futbolçusu Samir Zərgərov da bu mükafata layiq görülmüşdü. Bu, Gəncədə futbolun inkişafından xəbər verir. Artıq Gəncədə ikinci futbol klubu yaranıb. “Tərəqqi”nin də Premyer Liqaya yüksələcəyinə ümid edirik. Dörd il futboldan uzaq qalan Gəncədə futbolun inkişafı istiqamətində ciddi işlər görülür. Ümid edirik ki, Gəncədəki stadion da təmir olunacaq”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |