Samir Əliyev:"Oyuna qələbə əzmi ilə çıxmışdıq"
"Oyuna qələbə əzmi ilə çıxmışdıq. İsəyirdik ki, bu matçda qalib gələk. Amma çox təəssüf ki, görüşün 17-ci dəqiqəsində on nəfərlə qaldıq. Əlbəttə, çətin oldu. Çalışdıq ki, heç olmasa, bir qol vuraq. Oyununun ikinci hissəsində rəqib də on nəfərlə qaldı. Son dəqiqələrdə rəqibi sıxdıq. Amma bundan istifadə edə bilmədik".
Bu sözləri CBC telekanalında "Neftçi"nin baş məşqçisi Samir Əliyev Azərbaycan Premyer Liqasının ikinci turunda "İnter"ə 0:1 hesabı ilə uduzduqları matçdan sonra deyib.
O, qarşılaşma ərzində onlara dəstək olan azarkeşlərə təşəkkür edib: "Çempionat təzə başlayıb. Qarşıdakı oyunlara baxacağıq. İnşallah, yaxşı olar".
S.Əliyev bildirib ki, yüksək yerlərdə mübarizə aparmaları üçün heyət gücləndirilməlidir:
"Düzdür, heyətimizdə gənclər çoxdur, amma nəticə istəyiriksə, təcrübəli oyunçular alınmalıdır. Bu gün də bununla bağlı iş gedir. Avqustun 31-ə kimi vaxtımız var. Axtarışlar davam edir. Rəhbərlik də axtarışdadır. Çalışacağıq ki, boşluqları dolduraq. Problemlərimiz göz qabağındadır".
O, oyunun sonlarında "Neftçi" azarkeşlərinin "istefa" şüarı səsləndirməsinə də münasibət bildirib:
"Azarkeşləri qınamıram. Onlar komandadan qələbə gözləyir. Onlar da haqlıdır. Məğlub olmağımıza baxmayaraq, komandanı yığdım ki, azarkeşlərə doxsan dəqiqə ərzində dəstək olduqlarına görə minnətdarlıqlarını bildirsinlər".
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |