Böyükağa Hacıyev: "Qarabağ"ın şansı daha çoxdur"
AFFA Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyev "Qarabağ" və "Qəbələ" klublarının Avropa Liqasının pley-off mərhələsində cavab görüşləri haqda fikirlərini bildirib.
Stadium.Az-ın "Report"a istinadən xəbər verir ki, "Neftçi"nin sabiq baş məşqçisi mərhələ keçdikcə çətinliklərin olduğunu deyib: "Komandalar məğlub olur və yüksək mərhələyə ən yaxşılar gəlir. Həm "Qəbələ", həm də "Qarabağ"ın ilk oyunlarına baxmışıq. Hər iki komanda yığışmalı, bütün ciddiyyətini ortaya qoymalıdır".
B.Hacıyev komandaların qrup mərhələsinə vəsiqə qazanmaq şansını dəyərləndirərkən bildirib ki, "Qəbələ" ilə müqayisədə "Qarabağ"ın şansı daha çoxdur: "1:0 hesabı "Qarabağ"ın üstünlüyüdür. Amma burada 0:0 hesabı olmayacaq. Ya "Qarabağ", ya da rəqib qol vuracaq. Oyuna ciddi yanaşılmalıdır. "Qəbələ" də ilk oyunda qol vurmayıb. Onların şansı 50-50-yədir. Futbolda əvəzolunmaz komanda yoxdur".
Məşqçilər Komitəsinin üzvü vaxtilə baş məşqçisi olduğu "Neftçi" haqda isə danışmaq istəməyib. O, məsələni bu cür izah edib: "Mən "Neftçi" haqda danışmağı tərgitmişəm. Çünki o komanda mənə çox yaxın olub və 3 ildə 6 nəticə vermişəm. İndi "Neftçi"ni belə görəndə danışmaq istəmirəm".
B.Hacıyev yenidən "Neftçi"yə qayıdacağını istisna etməyib: "Həyatda hər bir möcüzəyə inanmaq lazımdır. Sabah nə olacağını bilmək olmaz. Orada işləyənlərə uğurlar arzu edirəm".
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |