Qurbanov: “Buna da şükür edirik”
"Qrupu normal dəyərləndirirəm. Püşkatmalar lotoreya kimidir. Qismətimizdə olan bu idi və buna da şükür edirik".
Bunu açıqlamasında "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov deyib. Q.Qurbanov Avropa Liqasının qrup mərhələsindəki rəqiblərini dəyərləndirərkən bildirib ki, rəqiblərin hər biri güclü komandadır. Onun sözlərinə görə, bu cür komandaları Bakıda görmək Azərbaycan üçün maraqlı olacaq: "Çalışacağıq ki, nə qədər gücümüz var, azarkeşlərimizi sevindirək. Qismətimizdə budursa, durub hansısa komandanı istəmək düzgün çıxmaz. Heç onu etmərəm. Nə qədər potensialımızın olduğunu daha da yaxından öyrənirik". Təcrübəli mütəxəssis bildirib ki, püşkatmadan əvvəl hansısa komandalarla eyni qrupa düşmək haqda fikirləşməyib. Baş məşqçi Avropa Liqasının qrup mərhələsində çıxış edəcək "Qəbələ" haqda da danışıb:
"Qrupu normal qiymətləndirirəm və uğurlar arzu edirəm. "Qəbələ" güclü xarakterə malik bir komandadır. İnanıram ki, yaxşı oyunlarla Azərbaycanı sevindirəcəklər. "Borussiya" ilə biz bir neçə il əvvəl oynamışıq. Ona görə də Roman Qriqorçuka mənim kömək etməyimə ehtiyac yoxdu. Futbolçular da dəyişib. Roman nəyi necə lazımdırsa, edəcək". Q.Qurbanov qeyd edib ki, ilk oyunun hansı komanda ilə harada keçirilməsinin əhəmiyyəti yoxdur: "Onsuz da hər biri ilə oynayacağıq". Qeyd edək ki, Avropa Liqasının J qrupunda qərarlaşan "Qarabağ" İngiltərənin "Tottenhem", Fransanın "Monako" və Belçikanın "Anderlext" klubları ilə mübarizə aparacaq. report.az
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |