Rəsmi Bakı Henrik Mxitaryan məsələsinə aydınlıq gətirdi
"Azərbaycanın mövqeyi ondan ibarətdir ki, idman və siyasət eyniləşdirilməməli və idmandan siyasi məqsədlər üçün istifadə edilməməlidir"
Stadium.az xəbər verir ki, bunu Almaniyanın "Borussiya" (Dortmund) komandasının futbol üzrə Avropa Liqasının qrup mərhələsində iştirak ilə əlaqədar Azərbaycana səfərinə dair KIV-in sorğusunu cavablandıran XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
Son 10 ildə Azərbaycanda 300-dən artıq beynəlxalq xarakterli müxtəlif idman yarışları keçirilib. Bunların sırasında London Olimpiadasına lisenziya xarakterli gənclər arasında boks üzrə 3-cü dünya çempionatı, sərbəst, yunan-roma və qadın güləşi üzrə Avropa çempionatı, Boks üzrə XVI Dünya Çempionatı, Cüdo üzrə "World Masters" beynəlxalq turniri, eləcə də Grand-Prix və Grand-Slam yarışlarını, habelə bədii gimnastika üzrə Avropa Çempionatlarını, Atıcılıq üzrə Qəbələ Beynəlxalq turniri və başqalarını göstərmək olar. Yalnız son beş ildə Azərbaycanın ev sahibliyi etdiyi bu kimi mötəbər idman yarışlarında və ölkəmizdə uğurla keçirilmiş birinci Avropa Oyunlarında Ermənistandan və əslən erməni olaraq digər ölkələri təmsil edən 100-dən artıq idmançı iştirak edib.
Qarşıdan gələn illərdə də ölkəmizdə bir sıra mötəbər idman yarışlarının keçirilməsi nəzərdə tutulub.
Çox sevindirici haldır ki, Avropa Liqasının qrup mərhələsinə ölkəmizin futbol klubları da vəsiqə qazanıblar. Bu kimi yarışlarda iştirak edərək hər bir dövlət UEFA-nın müəyyən etdiyi ümumi qaydalardan çıxış edir və bu qaydalar əsasında oyunlara ev sahibliyi edir. Futbol idman növünün xarakterik xüsusiyyətlərindən biri onun komanda formasında olmasıdır. Burada ayrı-ayrı fərdlər deyil, ümumi komanda yanaşması əsas götürülür. Oyunlardan asılı olaraq, Dordmund “Borussiya” klubunun da Azərbaycana səfəri də ayri-ayrı fərdlərin deyil, komandanın səfəri xarakteri daşıya bilər.
İdman ilə siyasət arasında müəyyən ümumi cəhətlərin olmasına baxmayaraq, Azərbaycanın mövqeyi ondan ibarətdir ki, idman ilə siyasət eyniləşdirilməməli və idman siyasi məqsədlər üçün istifadə edilməməlidir.
Arzuolunmaz şəxslər siyahısına gəldikdə isə burada bir hal fərdi qaydada nəzərdən keçirilir”.
"Borussiya"nın heyətində Ermənistan futbolçusu Henrik Mxitaryan da iştirak edir
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |