Mahir Şükürov: "Tuyqun Nadirovun mənimlə bağlı səsləndirdiyi fikirlərlə razılaşmıram"
"Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirovun Mahir Şükürovla bağlı cəzanın azaldılmasına sərt reaksiya verib. Klub rəsmisinin Şükürovun cəzasının hansı səbəbə görə yüngülləşdirdiyini nəzərə alaraq, Elnur Allahverdiyevin də bağışlanmasını tələb edib. Məsələ ilə bağlı Mahir Şükürov açıqlamasında belə deyib: "Mənə dörd oyunluq cəza verilmişdi. Bu oyunlardan üçünü buraxdım. Milli komandanın üzvü olduğum üçün bir oyunu şərti olaraq bağışladılar. Əgər bir də belə bir səhvə yol versəm, cəzam arta bilər.
Hardasa mənə güzəşt etdilər. Tuyqun Nadirovun mənimlə bağlı səsləndirdiyi fikirlərlə razılaşmıram. O ki, qaldı Elnur Allahverdiyevin cəzasının yüngülləşdirilməsinə o, cəmi bir oyunluq cəzalanıb.
Elnur mənim dostum, qardaşımdır, amma həmin epizodda həqiqətən kobud oynamışdı. Bir oyun gözləsin, növbəti turda komandasına kömək edər. Elnura dörd oyun yox, bir oyun cəza verilib".
Şükürov "Xəzər Lənkəran" oyunun böyük əhəmiyyət kəsb etdiyini də bildirdi:
"Neftçi" ilə oyunda komanda məğlub oldu. "Xəzər Lənkəran"la qarşılaşma bizim üçün çox vacib oyundur. Liderlə xal fərqini azaltmaq üçün səfərdə qələbə qazanmağımız önəmlidir.
Vaxtilə "Xəzər Lənkəran"da oynamışam. Orada azarkeşlər komandaya möhtəşəm dəstək verir. Çox çətin və gərgin oyun olacaq. Səfərdə bir xal qazansaq belə bunu pis nəticə hesab etməyəcəm. Çünki Lənkəran səfərindən xal gətirmək çətin olur".
premyerliqa.az
|
||||||||||||
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |