Daha bir idman klubu fəaliyyətə başladı
Bu gün "Avey" idman klubunun təqdimat mərasimi keçirilib.
Stadium.az xəbər verir ki, tədbirdə çıxış edən klubun prezidenti Arzuman Abdülkərimov gələcək planları haqda danışıb.
"Avey" idman klubu bir neçə ildir fəaliyyət göstərir. Lakin daha öncə Qazax Olimpiya klubu adı ilə çıxış etmişik. İndiyə qədər bir çox beynəlxalq yarışların iştirakçısı olmuşuq. Bölgələrdə bir sıra tədbirlərimiz baş tutub. Bundan sonra da regionlarda və paytaxtda tədbirlərimiz olacaq. Əsas yarışlarımız isə əlbəyaxa döyüş növləri üzrə keçiriləcək. İdman klubumuzun nəzdində qeyri Olimpiya növləri ilə yanaşı, Olimpiya idman növləri də fəaliyyət göstərəcək.
2013-cü ildə Dubayda yarışda iştirak etmişik. 2012-ci ildə Poti şəhərində keçirilən MMA üzrə Qafqaz turnirində mükafatçılarımız olub. Həmin yarışda iki gümüş, bir bürünc medal qazandıq. 2011-ci ildə Kabardin Balkar Respublikasında MDB ölkələrinin çempionatında iştirak edən idmançılarımız da iki medal qazanıblar”.
O qeyd edib ki, idmandan başqa "Avey" idman klubu ictimai tədbirlərdə də fəal iştirak edib: “Eyni zamanda gələcəkdə təhsil sahəsinə də dəstək vermək planımız var. Həmçinin gələcəkdə əsrin bəlasına çevrilən narkomaniyaya qarşı mübarizə tədbirləri keçirmək istəyirik. Daha öncə belə seminarlarımız olub, amma daha geniş təbliğat aparmağa çalışacağıq. Klubumuzun təmsilçiləri olan idmançılara hər mənada yaxşı dəstək verəcəyik”.
Arzuman Abdülkərimovun sözlərinə görə, hazırda Qazax rayonunda idman zalları var: “Texniki baza kimi həmin zaldan istifadə edirik. Bu idman zalı Qazax Olimpiya kompleksindədir. Demək olar ki, bütün yarışlarımız orada keçirilir”. qol.az
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |