"Bizə vaxt lazım olacaq ki, gəncləri hazırlayaq"-Samir Əliyev
Premyer Liqamızın VI turu “Qarabağ” – “Neftçi” oyunu ilə əlamətdar oldu. Matç 1-1 hesabı ilə başa çatdı.
Stadium.az xəbər verir ki, “Neftçi”nin baş məşqçisi Samir Əliyev oyundan sonra bunları deyib:
“Neftçi” təcrübəli və gənc futbolçulardan ibarət “Qarabağ”la başabaş mübarizə apardı. Hətta hesabda irəli də çıxdıq. Amma son anda qələbəni əldən verdik. Oyunun sonunda olan penalti epizodunu görmədim. Görmədiyim epizoda isə şərh verə bilməyəcəyəm. Sadəcə, istəyim odur ki, hakimlər daha diqqətli olub, gənc oyunçuları həvəsdən salmasınlar. Bizə vaxt lazım olacaq ki, gəncləri hazırlayaq. Əlbəttə, oyunda vaxt uzatmaq bizə yaraşmaq. Gələcəkdə bunu etməməyə çalışacağıq. Bəzi epizodlarda Anyete bir az artistlik elədi. Fəhmin Muradbəylidən isə soruşdum, dedi ki, ayağında ağrılar var. Zədələnən Araz Abdullayevin əvəzinə meydançaya çıxan Ruslan Qurbanovu sonradan ona görə dəyişdim ki, ayağında ağrılar var idi. Gələcəkdə yaxşı oynayacaqsa, meydançada olacaq, hazır olmayacaqsa, kənarda qalacaq. Bizim üçün fərq eləməz. Adlara yox, hazır olan futbolçuya üstünlük verəcəyik. “Qarabağ” elə bir rəqibdir ki, onu həmişə təzyiq altında saxlamalısan. Bunun üçün də fiziki gücümüz yerində olmalıdır. Öz fəlsəfəmiz var və onu tətbiq etməyə çalışırıq. Ola bilər ki, gələn oyun pis oynayaq. Lakin bizim bir yolumuz var və həmin yol ilə gedirik. Gənc oyunçularımız çoxdur. Onların bir birini başa düşməsi üçün vaxta ehtiyacımız var.”
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |