Zeynal Məmmədov: "Onlar səhvlərini qəbul edib, üzr istədilər"
“Bakı”nın vitse-prezidenti Zeynal Məmmədovun müsahibəsi:
- Bizim zədəli futbolçularımız çoxdur. Elvin Məmmədov, Şoliç, Bates və Fabio meydana çıxa bilmir. Onların yoxluğu özünü istər-istəməz göstərdi. Oyun çox da xoşuma gəlmədi. Deyim ki, «Neftçi» güclü oynayıb, qələbə qazandı, xeyr. Bərabər səviyyədə getdi. Uduzulası oyun deyildi. Onların da, bizim də, qol vurmaq imkanlarımız vardı. Müdafiədə səhvə yol verdik, istifadə etdilər.
- Aleksandr Starkovun 4-4-2 taktikasına komanda uyğunlaşa bilmir. Sizə elə gəlmir ki, bu taktika «Bakı»nı uğursuzluğa aparır?
- Komanda hansı üslub və taktikada oynayırsa, bunu baş məşqçi bilir. Yəqin ki, analiz edir. Qalan oyunlara komandanın hansı taktikada çıxacağı artıq onun səlahiyyətindədir. Biz Starkovun işinə qarışmırıq. «Neftçi» ilə qarşılaşmada güclü oyun gözləmirdim. Çünki zədəlilərimiz çox idi. Amma meydanda olan uşaqalara inanırdım. Ehtiyat oyunçular skamiyasında Vadim Boretsdən başqa hamısı cavan uşaqlarıydı. Ehtiyatda oyunu dəyişəcək və nəticəni həll edə biləcək futbolçumuz yox idi. Məğlub olduq, amma dünyanın sonu deyil. Çempionat yeni başlayıb və mübarizə qabaqdadır. Hələ çox şey dəyişə bilər.
- Starkovun komandaya cəlb etdiyi legionerlər də özlərini yaxşı tərəfdən göstərə bilmirlər. İstər Verpakovski, istərsə də Çesnauskis. Bunun səbəbini nədə görürsüz?
- Vallah, bilmirəm, nə deyim, nə deməyim. Onların komandaya uyğunlaşması üçün vaxt lazımdır. Görək də nə olur. Ümid edirik ki, yeni gələnlər getdikcə «artıracaq» və xeyir verəcək. Baş məşqçi kimi, biz də onlardan çox şey gözləyirik.
- «Neftçi» ilə qarşılaşmada artıq ikinci dəfədir ki, qalmaqal baş verir. Hər ikisində futbolçularınız təzyiqə məruz qalıb. Bu dəfə onların mühafizəçiləri Elvin Əliyevi döydü.
- Futbolçuya əl qaldırmaq düzgün deyil. Hadisəyə aydınlıq gətirmək üçün Sadıq Sadıqovla görüşdük. «Neftçi» rəhbərliyi məsuliyyəti öz üzərinə götürərək, məsələni araşdıracağına söz verdi. Həmin şəxslərin cəzasını da «Neftçi» rəhbərliyi verəcək. Ortada anlaşılmazlıq olub. Həmin anlaşılmazlıq da o tərəfdən olub. Bunun da araşdırılmasını onların öhdəsinə buraxmışıq. Özləri futbolçumuza əl qaldıranların cəzasını versinlər. Sadıq Sadıqov üzrxahlığını bildirdi. Elvin özü də ordaydı. Bu olay mənə də pis təsir etmişdi. Futbolçu ilə futbolçunun arasında hər şey ola bilər. Onlar bir-birini söyə də bilərlər, amma bu o demək deyil ki, kənar şəxslər məsələyə qarışsın. Özləri etiraf etdilər ki, futbolçunun döyülməsi düzgün hərəkət deyil, üzr də istədilər. Söz verdilər ki, bir də belə şeylər təkrar olunmayacaq. Hadisənin yenə «Bakı» ilə oyunda baş verməsinə qarşı tərəf də üzülüb. Xüsusilə də Sadıq müəllimə pis təsir etmişdi.
- Bu olayın baş verməsində kənar təsirlərin olduğunu güman edirsiz?
- Məsələni araşdırandan sonra arada anlaşılmazlıq baş verdiyi məlum oldu. Bir var ki, qarşı tərəf etiraf etməsin. Onlar səhvlərini qəbul edib, üzr istədilər. Futbol meydanda oynanılır, 90 dəqiqədən sonra hər şey bitir. Udub-uduzmasından asılı olmayaraq, hamı bir-biriylə görüşür. Bu oyundan sonra biz «Neftçi» rəhbərliyini, eləcə də baş məşqçilərni təbrik etdik. Deyilənə görə, orda kənar şəxslər olub, onlar da Elvini döyüblər. «Neftçi» rəhbərliyi söz verdi ki, futbolçuya xəsarət yetirənlər cəzalarına çatacaq. Biz əsas bunu bilmək istəyirdik.
- Elvini kimlərin döyməsini müəyyən etmisiz?
- Təxmin etmişik. Bunu onlar da bilir. Həmin şəxslərin cəzalandırılmasını həvalə etmişik «Neftçi» rəhbərliyinə. Ümid edirik ki, Sadıq müəllim Elvini döyənlərlə bağlı düzgün və obyektiv qərar verəcək.
- «Bakı» növbəti turda AZAL-la qarşılaşacaq.
- Ancaq və ancaq qələbə! İnşallah, qələbə qazanıb, qara zolaqdan çıxarıq. Görək də bu oyun necə olacaq. Hər iki komandaya uğurlar arzu edirəm. Növbəti turadək zədəlilər qayıtsa, komandamız daha yaxşı oyun göstərər. Azarkeşlər baxımlı oyun görəcəklər.
- Starkovun istefası gündəmdə deyil ki?
- Onun başçılığı altında uğurlu nəticə əldə edəcəyimizə inanırıq. Sona qədər Starkovu dəstəkləyəcəyik.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |